Koronavirusun çoxlu mutasiyaya malik yeni variantı tapıldı
Böyük Britaniyada BA.2.86 koronavirus variantı aşkarlanıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
30-dan çox mutasiya ilə xarakterizə olunan variantın varlığını Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) də təsdiq edib.
"Hazırda vəziyyət qiymətləndirilir və əlavə məlumat verəcək", - deyə UKHSA-dan bildirib.
"The Guardian" qəzetinin qeyd etdiyi kimi, bu tip koronavirus ilk dəfə İsraildə aşkar edilib. Daha sonra Danimarka və ABŞ-də qeydə alınıb.
Hazırda dünyada ən çox yayılmış koronavirus variantları XBB.1.16 və EG.5-dir.
Mütəxəssislərin fikrincə, BA.2.86 variantının delta və ya omikron ştamları qədər ölümcül olması ehtimalı azdır.
Milli.Az









Vətən haqqında bayatılar
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi