Koronavirusun gözlərdə əlaməti
Göz ağrısı koronavirusun başlanğıc əlamətlərindən biridir və xəstəliyin erkən mərhələsini göstərə bilər.
Milli.Az xəbər verir ki, Britaniyanın Anqlia Raskin Universitetinin (ARU) alimləri tərəfindən araşdırılıb.
Həkimlər koronavirus xəstələri arasında sorğu keçirərək, koronavirusun erkən simptomlarının siyahısını hazırlayıb.
Koronavirus xəstələrinin 81 faizi erkən mərhələdə göz problemlərindən narahat olduqlarını qeyd ediblər. Onların 18 faizi fotofobiyadan (işıq həssasiyyəti), 17 faizi qaşıntıdan, 16 faizi gözdəki ağrılardan şikayət edib.
Respondentlərin sözlərinə görə, bu simptomlar iki həftəyə qədər davam edib.
Tədqiqatçılar göz ağrısının COVID-19 simptomları siyahısına daxil edilməsinin vacibliyini vurğlayıblar. Onların fikrincə, göz simptomlarının tədqiqi, COVID-19-un insan orqanizminə girməsinin mümkün yolunu göstərməyə və onun yayılma yollarını izləməyə imkan verir. /medicina.az
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir