Koronavirusun ikinci dalğası yaşanmır - Professor

Koronavirusun ikinci dalğası yaşanmır - ProfessorTürkiyəli professor Mehmet Ceyhan hazırda heç bir ölkənin koronavirusun ikinci dalğasını yaşamadığını bildirib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, professor ikinci dalğa termininin izahını belə verib:
"İspan qripində yoluxma sayı əvvəlcə sıfırlanmışdı, 2 ay ərzində yoluxma faktı qeydə alınmamışdı, avqust ayında virus mutasiyaya uğradı və 50 milyondan çox insan öldü. Odur ki, ikinci dalğanın başlaması üçün əvvəlcə yoluxma sayının sıfırlanması, ölkələrin tədbirləri aradan qaldırması və epidemiyaya bir müddət sonra yenidən başlanılması lazımdır. Hazırda ölkələr birinci dalğanın ikinci şiddətlənmə dövrünü yaşayır. İndi dünya virusun ilk vəziyyəti ilə müqayisədə daha pis durumdadır.
ABŞ və Braziliyada yoluxmalar azalıb, ancaq Hindistanda göstəricilər rekord həddədir. Avropa ölkələri yoluxma sayı 100-300 kimi rəqəmlərə düşdükdən sonra da yoluxmanı sıfırlaya bilmədi. Alimlərin səhv proqnozları buna çox təsir etdi. Onlar bildirdilər ki, bu, qış virusudur, epidemiyanın yay və may aylarında sona çatacağı proqnozlaşdırılmışdı. Dövlətlər də bu proqnozlara güvənərək tədricən tədbirləri iyun ayının əvvəlində gözləniləndən daha tez aradan qaldırdı. İqtisadi məcburiyyət də təsirini göstərdi.
Tarixə baxdığınız zaman böyük pandemiyaların çoxunun yazın ən isti dövründə meydana gəldiyini görərsiniz. Virus 90 faiz tənəffüs yolu ilə yoluxur. Bu, 1 saniyədən az müddətdə baş verir. Bu səbəbdən proqnozlar özünü doğrultmadı".
Ceyhan ikinci proqnozla əlaqədar səhvləri də qiymətləndirib:
"İzolyasiya sayəsində virusun yayılmasının qarşısının alınmasının mümkün olduğu deyilirdi. Ancaq bunun da səhv olduğu ortaya çıxdı. Əslində, bütün dünyada aparılan araşdırmalarda məlum oldu ki, virusa yoluxanların 90 faizində heç bir əlamət özünü göstərmir. Bundan sonra ölkələr bu tip yeni hadisələrin tapılması üçün test siyasətləri hazırlamağa başladı.
Əgər mutasiya və ya bütün cəmiyyəti peyvəndləmək üçün fürsət yoxdursa, yoluxmalar bir neçə dəfə artacaq. Burada vacib olan əhalinin tədbirlərə əməl etməsidir. Qorunmaq üçün maska ​​taxmaq və sosial məsafəni qorumaq yetərlidir".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2234   Tarix: 16 sentyabr 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

turlar.az

hamilelikde qidalanma makiyaj instagram hamiləlik maraqli sitatlar ancelina colinin sekilleri toy qabağı parket döşəmələr kosmetika novruza aid zehmet ve zinet hekaye janri heyati qiz adlari