Koronavirusun müalicəsi ilə bağlı CİDDİ XƏBƏRDARLIQ: "Bu dərmanlar həyati təhlükə yaradır

Koronavirusun müalicəsi ilə bağlı CİDDİ XƏBƏRDARLIQ: "Bu dərmanlar həyati təhlükə yaradır"Britaniya alimlərinin apardığı tədqiqatlara görə, "Deksametazon" və "Prednezalon" ağciyərlərin müalicəsində müsbət təsir göstərir. Bu dərmanlar yeni deyil, çoxdan var və bundan əvvəl pnevmoniyanın müalicəsində istifadə olunurdu. Amma onlar reseptsiz, həkim nəzarəti olmadan özbaşına istifadə ediləcək dərmanlar deyil".
Bu sözləri Publika.az-a açıqlamasında allerqoloq-pulmonoloq Ramin Nəriman "Deksametazon" və "Prednezalon" preparatlarının COVİD-19 xəstəliyinin müalicəsinə təsiri barədə yayılan məlumatlar haqqında danışarkən deyib.
Həkim bildirib ki, sözügedən dərmanlar bir həftədən artıq antibiotiksiz istifadə edilərsə, ağırlaşma, hətta ciddi həyati təhlükə yarada bilər:
"Bu, COVİD-19-un protokolunda da qeyd olunub. Hər ikisi də hormonal dərmandır, çox ciddi təsirləri var. Şəkərli diabet, nekroz, sümük nekrozu, piylənmə və s. əlavə zərərləri olan dərmanlardır. Əgər COVİD-19 əleyhinə digər müalicəni almadan təkcə "Deksametazon" və "Prednezalon" qəbul edilərsə, çox ağır nəticələrə səbəb ola bilər. Bunlar hormonal dərmanlardır. Onları qəbul etmək xəstəliyin müalicəsi olunması demək deyil, sadəcə müalicənin bir hissəsidir. Həkim nəzarəti olmadan bu dərmanları qəbul edən insanlar gələcəkdə səhhətlərində çox ciddi problemlər yaşayacaqlar. Ümumiyyətlə, insanlar bu dərmanları qəbul edəndə şok yaşayırlar, aktiv olurlar və s. Amma o hormonu dayandırdıqdan sonra əvvəlkindən daha ciddi problemlər meydana çıxır".
"Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVİD-19 haqqında protokolu var. Bu protokolda "Prednezalon" göstərilib. Hormonal dərmanlar etanola əsasən təyin edilir. Ən az əlavə təsiri olan bir vasitə kimi "Metil-Prednazolon" göstərilir. "Prednazol"un 30 ml qramı "Deksametazon"un 4 ml qramına bərabərdir. Bu, o deməkdir ki, "Deksametazon" 7-8 dəfə daha güclü təsirə malikdir. İnsanlar bilməlidirlər ki, həkim nəzarəti olmadan və digər dərmanlarla birlikdə istifadə edilmədən hər hansı xəstəliyi "Deksametazon" və "Prednezalon"la müalicə etmək mümkün deyil. Çünki bunların hər ikisi immuniteti zəiflədən dərmanlardır. Xüsusilə bir həftədən artıq qəbulu orqanizmdə olan mikroorqanizmlərin aktivləşməsinə səbəb olur. Əgər COVİD-19 orqanizmə kənardan daxil olursa, "Deksametazon" və "Prednezalon"u vurmaqla və ya tablet şəklində qəbul etməklə, sağlam insanların orqanizminin mikroflorası pozulur. Nəticədə aktivləşən xəstəliklərdən biri də vərəmdir", -deyə pulmonoloq qeyd edib.
Ekspert adıçəkilən dərmanların ölkəmizdə reseptsiz satılmasına münasibət bildirib:
"Təəssüf ki, bizdə bu dərmanların satışına nəzarət yoxdur. Avropada nəinki "Deksametazon" və "Prednezalon" , antibiotiklər, həmçinin vitamin və qızdırmasalıcı dərmanlardan kənar digər preparatların hamısı reseptlər və həkim təyinatı əsasında verilir. Narkotik tərkibli olmayan istənilən dərmanı istənilən miqdarda ala bilərsiniz. Həkim resepti və ya müalicə müəssisəsinin möhürü tələb olunmur. Üzücü haldır ki, bu kimi məsələlərə nəzarət edilmir. Bu, dövlət səviyyəsində həll edilməlidir".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2046   Tarix: 18 iyun 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

turlar.az

toy gecesi yay geyimləri 2026 qaşların formalari əməliyyatlar eroziya xesteliyi xınayaxdı sözləri evlilik kosmetika novruz bayrami hakisda tut ağacı tutdudu cinsi öpüşme seksi