Koronavirusun qida yolu ilə ötürülürmü? - Çinli ekspert danışdı
Koronavirus qida yolu ilə ötürülmür.
Milli.Az xəbər verir ki, bu barədə ÇXR Dövlət Səhiyyə Komitəsinin eksperti Li Fengqin danışıb. Onun sözlərinə görə, dünyada qida yolu ilə COVID-19 yoluxma hadisəsi aşkar edilməyib.
"Tədqiqatlar göstərir ki, qida məhsulları COVID-19-a yoluxa bilməz, ancaq çirkləndirə bilər. Qidanı çirkləndirməyin iki yolu var: virusun olduğu qablaşdırma yolu ilə və ya qidanı emal edən yoluxmuş şəxs tərəfindən" , - ekspert qeyd edib.
Xatırladaq ki, koronavirusun qida yolu ilə ötürülməsi ehtimalı ilə bağlı narahatlıqlar Pekinin böyük Sinfadi topdansatış bazarında yeni bir yoluxma hadisəsindən sonra meydana gəlib. Bazarda olan insanlar dərhal COVID-19 testindən keçirilib. 517 nəfərdən 45 nəfərin təhlili müsbət nəticələnib.
Pekində yeni bir alovlanma səbəbiylə idman tədbirləri yenidən qadağan edilib, turistlərin bölgəyə girişi müvəqqəti olaraq dayandırılıb. (publika.az)
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir