Koronavirusun şiddətinə təsir edən FAKTOR
Honkonq Universitetinin alimləri bağırsaq bakteriyalarının növünün və sayının koronavirusun şiddətinə təsir etdiyini irəli sürüb. Alimlər hesab edir ki, bakteriyaların disbalansı xəstəliyin uzun müddət davam etməsinə səbəb ola bilər.
Publika.az xəbər verir ki, tədqiqatın nəticələri İngilis Tibb Birliyinin "Gut" jurnalında dərc edilib. 2020-ci ilin fevral-may aylarında mütəxəssislər 100 koronavirus xəstəsinin qan və nəcis testi nəticələrini həm xəstəxanada olduqları müddətdə, həm də sağaldıqdan sonra 30 gün ərzində analiz edib. Elm adamları araşdırmaya eyni zamanda pandemiyadan əvvəl mikrobiom tədqiqatında iştirak edən 78 nəfərin məlumatlarını əlavə edib.
Koronavirus xəstələrində immun cavab bakteriyası xeyli az olub və müalicə olunduqdan sonra aşağı düşüb. Mütəxəssislər hesab edir ki, sağaldıqdan bir neçə ay sonra da davam edən yorğunluq, təngənəfəslik və oynaq ağrıları bağırsaq mikrobiomundakı disbalans nəticəsində baş verir. Alimlər həzm sistemindəki faydalı bakteriyaların bəzi simptomları və onun şiddətini yüngülləşdirə biləcəyini söyləyib.
Aytən Məftun









Arzuolunmaz hamiləlik
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir