Koronavirusun ürəyə vurduğu zərbə aşkarlandı: Sağalsanız belə... - Mütəxəssislərdən XƏBƏRDARLIQ
COVİD-19 xəstəliyinə qalib gələn və ya ölən şəxslərin ürəyində zədə aşkarlanıb.
Milli.Az xəbər verir ki, Almaniyanın Frankfurt Universiteti Xəstəxanası və Hamburq Ürək-Damar Mərkəzi tərəfindən aparılan iki araşdırma nəticəsində bu nəticə əldə olunub.
Araşdırmada COVİD-19-un ürəyə miokard infarktı ilə eyni zərəri verdiyi müəyyən edilib. Belə ki, sağ qalanların 75%-dən çoxunun qanında miokard infarktı keçirdikdən sonra müşahidə edilən yüksək dozada protein aşkarlanıb. COVİD-19 səbəbilə dünyasını dəyişənlərin isə 60%-dən çoxunun ürək əzələlərində virusa rast gəlinib.
Mütəxəssislər zərərin neçə müddət qala biləcəyi mövzusunda qənaətlərini açıqlamyıb. Lakin araşdırmanın COVİD-19-a qalib gələnlərin niyə həftələrlə və ya aylarla zəif və yorğun hiss etdiyini açıqlamaya yardımçı olduğunu bildiriblər.
Qeyd edək ki, SARS-CoV-2-nin daha əvvəl təənəffüs yolları, böyrəklər və beyinə zərər vurduğu daha əvvəl aşkarlanmışdı. Yeni aparılan bu 2 araşdırma nəticəsində virusun kardiovaskulyar sistemə də hücum etdiyi təsdiqini tapıb.
Mütəxəssislər COVİD-19 xəstəliyindən sağaldıqdan sonra pasiyentlərin kardiovaskulyar dəyərlərinin nəzarətə götürülməsini tövsiyə edib. (publika.az)
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir