Koronavirusun yeni variantı tapıldı - daha yoluxucudur, hava yolu ilə asanlıqla insanlara ötürülür
Vyetnam Səhiyyə Nazirliyi mövcud Britaniya və Hindistan ştammlarına xas olan koronavirusun yeni variantının tapıldığını elan edib.
Milli.Az lenta.ru-ya istinadən xəbər verir ki, bu haqda məlumatı VnExpress nəşri yayıb.
Vyetnamın Səhiyyə naziri Nguyen Thanh Long deyib ki, bir neçə xəstənin analizlərində indiyədək yayılan iki ümumi koronavirus variantı tapılıb.
Nəşr yazır ki, kovidin Vietnam hibrid növü daha yoluxucudur və hava yolu ilə asanlıqla insanlara ötürülür.
Mənbə bildirir ki, koronavirusun yeni versiyası ölkədə qeydə alınan yeni xəstəlik hallarının sayının sürətlə artmasına səbəb olub.
Kamran Seyidov
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi