Koronovirusdan daha yaxşı qoruyan mövsüm meyvələri
Bəzi mövsümi meyvələri, o cümlədən xurma, heyva, üzüm və s. orqanizmin koronavirusdan müdafiəsini artırır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, diyetoloqlar koronavirus və tənəffüs infeksiyaları hallarının artdığı dövrdə sağlam qidalanmağa üstünlük verməyi tövsiyə edirlər. Faydalı məhsullar, təbii ki, koronavirusu müalicə eləmir, lakin onlardan istifadə etdikdə orqanizmin immuniteti artır, xəstəliklərə qarşı müqaviməti güclənir.
Yaşlı adam orta hesabla gün ərzində 300 qram tərəvəz və 200 qram meyvə yeməlidir. Ciddi pəhriz saxlamaqdansa, gündə 5-6 dəfə hissə-hissə yemək orqanizm üçün daha faydalıdır.
Mütəxəssislər şirniyyat məmulatlarından az istifadə etməyi məsləhət görürlər. Onların fikrincə, şirniyyat sevənlər armud və gavalıya üstünlük verməlidirlər. Bəzi payız meyvələrinin koronavirusa qarşı faydalı olması vurğulanır. Onların sırasında xurma, heyva, zoğal, üzüm, innab, çaytikanı daxildir. Bundan əlavə, immuniteti gücləndirmək üçün gün ərzində beş qoz yemək məsləhətdir.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir