Körpələrin düzgün qidalanmasının əhəmiyyəti

Körpələrin düzgün qidalanmasının əhəmiyyətiQidalanma həyatın hər mərhələsində çox vacib məsələdir. Doğulandan iki yaşına qədər olan dövr uşaqların ən sürətli böyümə mərhələsidir. Həmin dövrdə sağlam və düzgün qidalanma böyük əhəmiyyət kəsb edir. Uşaqların sağlam şəkildə dünyaya gəlməsi, böyüməsi üçün anaların hamilə və laktasiya dövründə düzgün qidalanması və bu mövzu çərçivəsində maarifləndirilməsi vacibdir.
Qida Təhlükəsizliyi İnstitutundan mütəxəssislərinin körpələrin düzgün qidalanması haqqında hazırladıqları məqalədə bu barədə məlumat verilir.
Yeni doğulmuş körpə üçün ən uyğun qida ana südüdür. Ana südü altı ay ərzində körpələrin bütün ehtiyacını ödəyən fizioloji, körpəyə uyğun spesifik qidadir. Əsrlər boyu insanlar arasında ana südü körpələrin qidalanmasında əvəzedilməz qida olaraq yer alıb. Ana südü təkcə körpələrin deyil, ananın da sağlamlığına təsir edir. Doğuşdan sonra gələn ilk süd-maye həcminə, görünüşünə, tərkibinə görə fərqlənən kolostrumdur (maloziva). Doğumdan sonra ilk günlərdə ifraz olunan kolostrum sekretor İg A (immunoqlobulin A), laktoferrin kimi immunoloji komponentlərlə və epidermal böyümə kimi inkişaf faktorları ilə zəngindir. Ana südü yeni doğulmuş uşağa lazım olan bir çox vitamin və minerallar ehtiva edir. Ana südündə bir çox mikroelementlərin, A, B1, B2, B6, B12, D kimi vitaminlərin miqdarı ananın qidalanması və orqanizmində depolanmasından asılı olaraq dəyişir. Ana südünün tərkibində K vitamini az olduğundan Amerika Pediatriya Akademiyası onun inyeksiyasını tövsiyə edir. Həmçinin kifayət qədər günəş şüası qəbul etməyən anaların südündə D vitamini çatışmazlığı da yarana bilir.
Ana südündə olan immunoloji faktorlar körpəni infeksiyalardan, bir çox xəstəliklərdən (sətəlcəm, otit, ishal, mədə-bağırsaq traktının infeksiyaları, meningit, qızılca və s.) qoruyur. Ana südü körpələrin immun sistemini gücləndirir və sonrakı dövrlərdə allergik reaksiyaların, diabet və piylənmənin əmələ gəlmə riskini azaldır. Körpələrin həzm sistemi üçün "mükəmməl qida" adlandırılan ana südünün komponentləri - laktoza, zülal (zərdab, kozein) və yağlar yeni doğulmuş uşaq orqanizmi tərəfindən asanlıqla mənimsənilir. Həmçinin araşdırmalar sübut edir ki, ana südü idrak proseslərinin inkişafına kömək edir. Ana südü ilə qidalanan uşaqların IQ səviyyəsi, zəka testlərində göstərdikləri nəticələr digərlərinə nisbətən daha yüksəkdir. Ana südü ilə qidalanan uşaqlar fiziki inkişafı, təmkinli, xeyirxah olması ilə də seçilirlər.
Təxminən 6 aylıq bir dövrdən sonra körpənin enerji və qida maddələrinə olan tələbatını ödəmək üçün əlavə qidalara ehtiyac duyulur. Böyüyən və hərəkətliliyi artan körpənin əlavə qidalanmasına vaxtında başlanmalı, tərtib edilən qida rasionu uyğun və daha sağlam olmalıdır. Əlavə qidalara gec başlanması körpənin böyümə və inkişafının ləngiməsinə, vitamin və mineral çatışmazlığına, eləcə də çeynəmə aparatının formalaşmasında problemlərə səbəb ola bilər. Sağlamlıqla bağlı bir çox problemlərin səbəbi məhz körpə yaşlarından səmərəsiz qidalanma ilə şərtləndirilir.
Əlavə qidalara keçid zamanı zülal tələbini ödəmək çox vacibdir. 6-12 ayda zülal ehtiyacı yeni doğulmuş körpələrə nisbətən daha yüksəkdir. Körpələrdə əsas enerji mənbəyi yağlardır. Ana südündəki yağ miqdarı enerjinin 40-55 faizini təşkil etdiyi halda, əlavə qidaların əksər hissəsi karbohidratlardan ibarət olduğu üçün enerji səviyyəsi bir qədər azalır. Körpə uşaqlar üçün hazırlanan əlavə qidaların çoxunu taxıllar təşkil edir. İnkişaf etmiş ölkələrdə taxıllar, nişasta ehtiva edən köklər, kök yumruları, tərəvəzlər əlavə qida kimi geniş istifadə olunur. Nişasta və karbohidrat körpələrin qidalanması üçün əvəzolunmazdır. Körpələrin qidalanmasında istər bitki mənşəli, yəni taxıllar, kök bitkiləri, meyvə-tərəvəz və paxlalılara, istərsə də heyvan mənşəli qidalara - ət, qaraciyər, balıq, dəniz məhsulları, yumurta, süd və süd məhsullarına üstünlük verilməlidir. Rasiona mütləq gündəlik olaraq isti duru yeməklər əlavə edilməlidir.
Təzə inək südü inkişaf etməkdə olan və böyüyən uşaqlar üçün zəngin qida maddəsidir. Lakin bəzi ölkələrdə inək südünün 9 aydan tez istehlak edilməsi məsləhət görülmür. İnək südü dəmir çatışmazlığı anemiyasına səbəb olur. ABŞ və İngiltərədə 1 yaşdan, Kanada və Danimarkada 9 aydan, İsveçdə isə 10-cu aydan sonra körpələrə inək südünün istehlakı tövsiyə edilir. Pendir, kefir və qatıq fermentasiya olunmuş süd məhsullarıdır. Körpələrin qidalanmasında pasterilizasiya olunmuş süddən hazırlanmış duzsuz pendirdən 9-cu aydan etibarən az-az istifadə edilə bilər.
Ət yüksək miqdarda zülallarla, dəmir, sink mineralları, B6, B12 vitaminləri ilə zəngindir və körpələrin qidalanmasında əvəzsiz rolu olan bioloji qidadır. Ətin tərkibində palmitik və stearin turşusu kimi doymuş yağ turşuları mövcuddur. Toyuq əti isə daha çox zülal, riboflavin, niasin, B6 və B12 vitaminləri ilə zəngindir. Ətin lifli quruluşu körpələr tərəfindən daha çətin mənimsənildiyindən tərəvəz pürelərinin içərisinə döyülmüş və ya kiçik parçalar şəklində əlavə oluna bilər.
Qaraciyər zəngin zülal və mikroelement mənbəyidir. 1 yaşdan sonra körpələrin qidalanmasında qaraciyərdən istifadə tövsiyə edilir.
Balıq və balıq məhsulları da olduqca faydalı qida maddələrinin mənbəyidir və mütləq uşaqların qida rasionunda olmalıdır.
Yumurta zülallar, aminturşularla zəngin qidadır. Yumurta sarısı dəmir, A vitamini, B qrup vitaminləri ilə zəngindir. Salmonella riski olduğundan yumurta yaxşı bişirilməlidir. Allergiyaya səbəb olduğuna görə körpələrə altıncı aydan tez verilməsi tövsiyə edilmir.
Taxıllar - buğda, arpa, düyü, qarğıdalı, yulaf, çovdar əlavə qidalanmada ən çox istifadə olunan məhsullardır. Həmin məhsullar yüksək miqdarda (65-70 faiz) karbohidrat ehtiva edir. Mütəxəssislər həmin qidaları yüksək enerji mənbəyi olaraq dəyərləndirirlər. Əsas taxıl zülalları prolamin, qlütelin, qlobulin və albümindir. Prolamin ən az düyüdə, ən çox qarğıdalıda olur.
Meyvə və tərəvəzlər vitamin, mineral, antioksidant və lif baxımından zəngin qidalardır. Vitamin itkisinin qarşısını almaq üçün tərəvəzləri yeyildiyi və ya bişirilən zaman doğramaq, az suda qısa zaman ərzində bişirmək, eləcə də dərhal istehlak etmək lazımdır. Meyvə-tərəvəzin mövsümə uyğun olaraq istehlakı şərtdir, təzə sıxılmış şirəsinin isə körpələrə əsasən yeməkdən sonra verilməsi məsləhət görülür.
Əlavə qidalardan hesab olunan sıyıqları dadlandırmaq üçün bəkməz və baldan da istifadə edilir. Bəkməz karbohidrat (fruktoza, qlükoza), dəmir, kalium və kalsiumla zəngindir. Lakin bir yaşdan kiçik uşaqlara balın verilməsi tövsiyə olunmur.
Elə qida məhsulları var ki, onları rasionda məhdudlaşdırmaq lazımdır. Duzlu qidalar və şəkərin həddindən artıq qəbulu gələcəkdə bir çox xəstəliklərin yaranması ilə nəticələnir. Həmçinin qida rejiminin pozulması da körpələrdə piylənmənin yaranmasına gətirib çıxarır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1328   Tarix: 20 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

turlar.az

gözəllik məhsulları kosmetika mehsullari yay geyimləri 2026 xəyanət terminlər gozalti maskalar gullu cantalar kosmetika arıqla novruz hakıştası novruz hakista zehmet ve zinet sevda