Körpələrin yuxu rejimi necə olmalıdır

Körpələrin yuxu rejimi necə olmalıdırKörpələrin yuxu rejimi necə olmalıdır

Hər uşaq təbii ki, fərqli yuxu rejiminə malikdir. Sizə təqdim edəcəyim rejim cədvəlindən faydalanıb uşağınızın gündə cəmi neçə saat yatdığını bir həftə boyunca müşahidə edin. 10-11 aylıq körpə gündə 14 saat yatırsa və bunun 4 saatı gündüz yuxusunun payına düşürsə, gecə oyanmağının səbəblərindən biri də bu ola bilər.

"Yuxu elmi" bütün dünyada analar üçün möcüzələr yaradır. Gəlin siz də yuxu elmindən faydalanaraq uşaqlarınızın gündəlik yuxu rejimini nəzarətdə saxlayın.Fərqli məktəblərdən olan mütəxəssislərinin ortaq qərara gəldikləri məsələlərdən biri də odur ki, gündüz yuxusu gecə yuxudan oyanmağa çox təsir edir.

Mütəxəssislər deyir ki, uşağın yatma vaxtını özünüz təyin edə bilmirsinizsə, oyanma vaxtını idarə etməyə çalışın. Uşağınız gündüz yatmağa, gecə gec yataraq səhər gec oyanmağa meyllidirsə, uşağı səhər müəyyən bir saatda nizamlı olaraq oyandırın. Gündüz yuxularını da müəyyən bir müddətə azalda bilərsiniz. Bu müddəti uşağınızın yaşına uyğun hesablayın.

Uşağınızın iki yuxu arasında neçə saat oyaq qalmalı olduğunu bilirsinizmi?

Yorğun və yuxusuz uşaq daha çətin yatır və gecə daha çox oyanır. Uşağınız yuxuya getməkdə çətinlik çəkirsə bunun iki səbəbi ola bilər:

1. Yuxusu gəlmədən yatızdırmısınız.
2. Yuxu saatını gecikdirmisiniz.

Uşağınız bir yerdə dinc durmursa, qətiyyətsizdirsə, ağlayırsa, ya da qəflətən yuxuya gedirsə, demək yuxu saatını keçirmisiniz. Bu sadə problem həll ediləndən sonra bəzi uşaqlar rahat yatır. Bunun üçün də uşaqlar yaşlarına uyğun olan qədər oyaq qalmalıdır.

Hər uşaq eyni olmur. Amma sizə təqdim edəcəyim digər şəkilə əsasən uşağınızın yaşına uyğun nə qədər oyaq qalmağını özünüz təyin edəcəksiniz.

Qeydlər:

1. Uşaqların ideal oyaq qalma müddəti böyüdükcə dəyişir. Uşaqlarınızın yuxu rejimini müşahidə edin. Böyüdükcə yavaş-yavaş 10-15 dəqiqə əlavə edərək oyaq qalma müddətini artırın.
2. Uşaqların səhər oyandıqdan sonra ilk yuxularına qədər oyaq qalma müddəti günortadan sonrakı yuxusuna nisbətən daha qısa olur.
3. Körpəniz gündüz az yatırsa, yorğunluq problemini gecə çox tez yatızdıraraq həll edə bilərsiniz. Düşünməyin ki, uşağınız tez yatdığı üçün tez duracaq, əksinə, tez yatdığı üçün daha gec oyanacaq.

Ailə və Uşaq     Baxılıb: 3803   Tarix: 11 yanvar 2015
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

turlar.az

donlar 2026 yaz geyimleri 2026 makiyaj etmek qaydalari prezervativ masaj şirniyyat resepti elm haqqinda atalar sozu kosmetika kokelmek sağlamlıq cinsi əlaqə itburnu novruz bayramina aid hakista