Körpəni nə vaxt və necə çimdirmək lazımdır?

Körpəni nə vaxt və necə çimdirmək lazımdır?Yeni doğulmuşların normal inkişafı üçün vaxtlı-vaxtında çimdirmək, gigiyena qaydalarına əməl etmək mühüm əhəmiyyət kəsb edir. Körpələrin hansı dövrdən, hansı ardıcıllıqla çimdirilməsi barədə hər zaman suallar səslənir. Pediatr, uzman həkim Ülvi Əliyev məqaləsində bununla bağlı bır sıra məqamlara aydınlıq gətirib.  
Yenidoğulmuş körpəni nə vaxt çimdirmək lazımdır?
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, xalqımızın ənənəsində yenidoğulmuşların 10-cu günü yuyundurmaq kimi bir adət kök salıb. Əslində bunu səhv saymaq olmaz. Çünki Amerika Pediatrlar Assosiasiyası kimi mötəbər bir qurum da əvvəlki kimi doğulduqdan dərhal sonra uşağın yuyundurulmasını doğru hesab etmir. Əvvəla, çağanın üzərində "vernix caseosa" (mumabənzər maddə) deyilən maddə var ki, bu antibakterial təsirə malikdir və incə uşaq dərisini çoxlu sayda mikroblardan qoruyur. Onu yuyanda zərif dəri qoruyucu qatdan məhrum olur və bir çox dermatoloji problemlər baş qaldırır, infeksiya və sepsisə qədər irəliləyə bilir. Ona görə indi yalnız anada bəzi hallar (virus hepatit və s.) olduqda uşaq axar suda yuyulur.
İkincisi, uşaq erkən yuyundurulanda qan şəkəri və bədən temperaturu düşə bilər.
Üçüncüsü, bu, ana ilə dəri təmasına əngəl olub südyaranma və əmizdirmədə ləngimələrə şərait yarada bilər.
Göbək ciyəsi quruyub düşdükdən sonra isə şampunla çimdirmək olar. Suyun temperaturunun 49 dərəcənin altında olması lazımdır.
Uşağı hər gün çimdirmək olmaz. Çünki onlar tərləmirlər və bədənləri çirklənmir. Bu dərinin normal mikroflorasını pozaraq onu qurudar. Ən yaxşısı həftədə 3 dəfə çimdirməkdir.
İlk çimizdirmə qısa olmalı və ehtiyatlı aparılmalıdır.
Suyun temperaturu elə olmalıdır ki, dərini yandırmasın 38-39 dərəcə ideal temperaturdur. Termometr olmadıqda dirsəyinizi suya batıraraq (əgər yandırmırsa) uyğun hərarətlə olduğuna əmin ola bilərsiniz.
Göbək ciyəsi düşməyincə tez-tez çimdirmək məsləhət görülmür.
İnkişaf etməkdə olan ölkələrdə uşağın çimdirilməsinə səbəb kimi verniksin iy verməsi göstərilir.
İlk sutkada yuyundurulan uşaqların ikinci gün yuyulanlara görə bədən temperaturları daha aşağı olub.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1733   Tarix: 06 fevral 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

geyim şəkilləri aksessuarlar kosmetika mehsullari soyuqdəymə dondurma magura geyim goz altı qırışlar kosmetika bayatilar novruz hakışdaları səməd vurğun baldiza aid hakisda tərəzi bürcü