Körpəniz tualet təhsilinə hazırmı ?

Körpəniz tualet təhsilinə hazırmı ?• Körpəniz 2 yaşını doldurdusa
• Gedə bilirsə
• Danışıb sidiyinin-kaxasının gəldiyini ifadə edə bilirsə
• Psixoloji olaraq çətin bir dövrdə deyilsə (qardaşın doğumu, daşınma, ayrılıq, kimi əhəmiyyətli hadisələrin təsirində deyilsə) tualet təhsilinə başlaya bilərsiniz.

Addım-addım nələr etmək lazımdır?

• Ona tualet təhsilinin nə olduğunu, nələr edəcəyinizi sadə və anlaya biləcəyi şəkildə izah edin.
• "Artıq körpə deyilsən, körpələr bezə edər, mikrob bağlayarsan, murdar olarsan" kimi ifadələr istifadə etməyin.
• "Böyüdün, artıq hazırsan" kimi motivasiya edə bilərsiniz amma digər şərhlər tərs təsir edə bilər.
• Tualet təhsilində əvvəlcə körpənizin sidiyə getməsi və kaxa etmə anlarını fərq edə bilməniz çox asanlıq təmin edər. Körpənizi bir müddət izləyin, bezini tutma, bir yerə adabta olma, gücənmə, yellənmə, kreslo arxasına keçmə kimi anlarda tualet edirsə bu anları lazımlığa doğru sürüşdürməniz lazımdır.
• Seçəcəyiniz lazımlığı körpənizlə birlikdə alverə çıxaraq birlikdə ala bilərsiniz.
• Hər müvəffəqiyyətli sınaq üçün kiçik mükafatlar, xüsusilə də şifahi mükafatlar istifadə edə bilərsiniz.
• Altını bezləmədən evdə rahatca gəzməsi faydalı olacaq.
• Ola biləcək qəzalarda əsla qızmayın. Qorxutmayın və tənqid etməyin.
• Lazımlıq həmişə eyni yerdə dayansın. Körpəniz tualet ehtiyacı gəldiyində haranı istifadə edəcəyini öyrənə bilsin.
• Lazımlığa alışdıqdan sonra onu tualetə alışdıra bilərsiniz. Pilləylə çıxa bilər, unitaz aparatları sayəsində rahatca otura bilər.
• Tualeti əyləncəli hala gətirmək üçün mahnılar, oyunlar, tualetdə baxa biləcəyi kitab və oyuncaqlardan faydalana bilərsiniz.

Gecə təhsilini nə vaxt vermək lazımdır?

• Körpəniz gündüz təhsilinə cavab versə belə bir müddət gecə altını bezləyin.
• 3 yaşından sonra isə gecələri saat qurub onu tualetə qaldırın. Bir yarım- iki saatda bir qaldırmanız lazım olacaq.
• Unutmayın gecə tualet təhsili uzun illər müddət bilər.
• Mesane dolduğunda beynə "uyğun gələn" siqnalının getməsi bir professionallıq tələb edir. Uşaq bu professionallığa bəzən 2 bəzən 8 yaşında çatar.

Təhsilə cavab verməzsə nə etmək lazımdır?

Əgər körpəniz bütün cəhdlərinizə müqavimət göstərirsə, təxminən bir ay sonrasında belə irəliləmə yoxsa ya da daha ilk həftəsindən çox reaksiya verirsə durun və davam etməyin. Çünki nə də olsa bir şəkildə tualetə getməyi öyrənəcək amma əgər səhv tətbiq və sərt rəftarlarla təzyiq qursanız özünə olan etibarını, sizinlə olan ünsiyyətini zədələyə bilərsiniz. Bunu təmir etmək çox daha çətin olacaq.

Körpəniz tualet təhsilinə müqavimət göstərirsə bunun səbəbləri :

- Hələ erkən olması
- Səhv tətbiqlər
- Əsassızlıq
- Hər hansı başqa psixoloji ya da fiziki səbəblər

Ana - ata tutumlarınızda çox müdaxiləçi, həddindən artıq vasvasısınızsa, körpəniz bir çox mövzuda olduğu kimi bunda da çətinlik çəkəcək. Çox çətinləndiyinizdə və qayğılarınız artdığında bu müddəti dəstəkləyəcək bir psixoloq ya da pedaqoq köməyi ala bilərsiniz.

Ailə və Uşaq     Baxılıb: 2508   Tarix: 21 oktyabr 2014
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

turlar.az

qadın geyimi qadin sayti makiyaj etmek qaydalari yataqda toxuma və əl işləri qadın və təhsil gürcü mətbəxi kosmetika veten haqqinda bayatilar novruz hakışdaları arıqla vətən həsrətinə aid bayatılar vətən haqqında atalar sözləri