Körpəyə neçə aylığından su verilməlidir?

Körpəyə neçə aylığından su verilməlidir?Körpə dünyaya gəldikdən sonra valideynləri narahat edən əsas məsələlərdən biri də onların qidalanmasdır.

Süni qidalarla qidalandırılan uşaqlar üçün suyun vacib olduğunu hesab edən valideynlər ana südü ilə qidalanan körpələri sudan məhrum edirlər. Əslində bütün dünyada pediatrlar ana südü ilə qidalanan körpələr üçün suyun elə də vacib olmadığı qənaətindədirlər.

Körpənin qəbul etdiyi süddə qida ilə yanaşı suyun miqdarının da kifayət qədər olduğunu deyən pediatrlar ilk 6 ay sudan, ümumiyyətlə, imtinanı məsləhət görürlər. Maraqlı haldır ki, bütün pediatrlar bu fikirdə deyil. Onların içində susuz həyatın olmadığına inanan və ilk gündən körpəyə su verilməsinin vacib olduğunu deyənlər də var.

Uşaqlara əlavə qidalar verilənə qədər onlar qidanı yalnız maye şəklində alırlar. Ya ana südü, ya da onu əvəz edən adaptasiya olunmuş süni qida şəklində. Əksər hallarda bu qidalarda olan mayenin miqdarı uşağın suya olan tələblərini təmin edə bilir və uşaq əlavə olaraq su içmək istəmir. Əsasən bu, yalnız ana südü ilə qidalanan uşaqlara aiddir. Süni südlə qidalandırılan körpələrə su vermək lazımdır. Ancaq bəzi hallarda hətta yalnız ana südü ilə qidalanan uşaqda suya tələbat yarana bilər.

Ana südü ilə qidalanan körpələrin suya ehtiyacı olur. Əgər ehtiyac yoxdursa, heç bir mayeni körpəyə məcbur vermək mümkün deyil: "Əgər uşaq təbii ana südü ilə qidalandırılırsa, ananın südü müəyyən fərdi xüsusiyyətlərə də malik ola bilər. Məsələn, nisbətən yağlı və ya şirin ola bilər ki, bunun da nəticəsində uşaqda yanğı hissiyyatı yarana bilər. El arasında "qınında yanmaq" kimi bir ifadə var. Yanğısı olub su içməyən uşaqlar belə uşaqlara çevrilir. Arıqlayır, sısqa olur. Çünki bədən maye tələbatını ödəyə bilmir. İnsan quruyur" deyən həmsöhbətimiz, ümumiyyətlə, "ilk 6 ay körpəyə su verilməməlidir" fikrini absurd sayır. "Sudan çıxan canlını sudan qorumaq nə dərəcə düzgündür? Bütün pediatrlar su olmaz deyə bilər, amma səbəbini deyən yoxdur. Su həyatdır. Xüsusən yeni doğulmuş uşaqlar üçün vacibdir".

Pediatr bildirib ki, xüsusən yay aylarına düşən körpələr daim tərlədiyi halda onların suya ehtiyacı daha da artır. Susuz qalan bədəndə qəbizlik və ya tam əksinə ishal, istilik yaranır ki, bunun da qarşısını yalnız suyla almaq mümkündür. Bəzən aclıq və ya köpdən əziyyətin olduğunu bilən valideynlər susuzluğun da əziyyət olduğunu unudurlar: "Çobanyastığı, şüyüd, razyana, cirə, nanə və bu kimi otlardan hazırlanan xüsusi uşaq çayları var ki, bu çaylar da uşaqda susuzluğun qarşısını ala bilir. Çaylar nəinki yanğı hissiyyatını aradan götürür, onlar həmçinin müalicəvi-profilaktik təsir də göstərir. Spazm və sancıları aradan qaldırır, bağırsaq qazlarının və nəcis ifrazının xaric olmasını asanlaşdırır, İmmuniteti yüksəldir, sinir sistemini sakitləşdirir".

Körpələrə suyun verilməsinin qəti əleyhinədir. Dediyinə görə, Ümumdünya Səhiyyə Təşkilatı 0-6 ay arası uşaqların necə qidalandırılması haqqında məlumatda bildirir ki, 6 ayını keçməyən uşaqlara qətiyyən su verilməməlidir. Ana südünün tərkibində olan su və minerallar körpənin hər ehtiyacını ödədiyindən əlavə verilən su körpəni yükləmiş olur. Hər 2 saatdan bir qidalanmalı olan körpə su sayəsində bu rejimdən də olur: "Əlavə süni qida yeyən körpələrə də əslində su verilməməlidir. Məsələn, körpəyə 60 ml qida verilirsə, nəzərə almaq lazımdır ki, bu 60 ml qidanın 50 ml-i su təşkil edir. Nadir hallarda süni qidan yeyən uşaqlar su üçün ağlayır ki, belə uşaqlarda da su ehtiyacı daha çox olur. Ana südü yeyən uşaqlar isə ümumiyyətlə, su ehtiyacı hiss etmirlər. Çağaya vaxtından əvvəl su vermək onda su zəhərlənməsi adlanan hiper hidrotasiya yaradır. Ana südü məişət dili ilə desək, həm yemək, həm də içməkdir" deyən həkim körpənin ilk 6 ayında ana südündən başqa heç bir əlavəyə ehtiyac olmadığını bildirir.

Onun sözlərinə görə, körpəyə veriləcək hər hansı ot dəmləmələri belə həkim məsləhəti olmadan verilməməlidir. Müsahibimiz yalnız 6 ay tamamlandııqdan sonra damcı ilə suya başlamağı məsləhət görür. "İndi təhlükəlisi odur ki, analar nəinki su, hətta əlavə qidaları belə 3 ayından verməyə başlayırlar. Suyun verilməməsini məsləhət görürük, amma analar artıq 4-cü aya keçəndə şirələr verməyə başlayır. Bu, vaxtından əvvəl körpənin mədəsinin zədələnməsinə səbəb olur".

Susuzluqdan əziyyət çəkən insanlara belə təmiz adi su içilməsi məsləhət görülmür. Tərkibində qlükoza və mineral olmayan adi sular orqanizmə xeyir etmir, sadəcə susuzluğun qarşısını alır. Ana südündə isə mineral maddələr və laktoza olduğundan körpə üçün ideal içki sayıla bilər. Yalnız uşaqların hərarəti olduğu zaman, eyni zamanda bağırsaq pozğunluqları zamanı əlavə suyun verilməsi həkim məsləhəti ilə mümkündür.

Ailə və Uşaq     Baxılıb: 2211   Tarix: 11 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

turlar.az

sade makiyaj sekilleri toy gecesi adlarin menasi qaymaqlı krem hiperaktiv usaqlarin mualicesi qrip və soyuqdəymə sarimsagin xeyri kosmetika sperma kahfe falı kokelmek novruz bayramına aid bakışta baldiza aid haxisda