Körpəyə yeni yeməkdən istifadə qaydası və üsulu

Körpəyə yeni yeməkdən istifadə qaydası və üsuluTəzə yeməyi əvvəlcə əlavə yemək kimi vermək olar. Uşağa yeni yemək vermək istədikdə əvvəlcə onu təzə qidanın dadına alışdırmaq lazımdır. Belə ki, 1 yaşı tamam olmamış körpə uşaq bəzən yeni qidanı çətinliklə qəbul edir. Bu zaman uşağa yeni qidanı məcburən vermək olmaz. Bəs körpəni yeni qidaya necə öyrətmək olar?
Xanim.az immunitet.az-a istinadən bildirir ki, bunun üçün körpəni yedirən zaman yeni vermək istədiyiniz qidanı yeməkarası başqa qaşıqla uşağın ağzına qoymaq lazımdır. Bu 1 yaşı bitməmiş uşağın rahatlıqla təzə yeməyə öyrədilməsinin ən düzgün yoludur.
Təzə yeməyi uşağa əmizdirmədən əvvəl vermək lazımdır. Müəyyən olunmuş rejimi pozmamaq üçün yeni qidanı uşağa iki əmizdirmə arası zamanı vermək olmaz.
Yeni qida uşağa əvvəlcə bir qaşıq verilir və uşağın xoşuna gəlib-gəlməməyi yoxlanılır. Təzə yemək uşağın xoşuna gəlsə də, birinci dəfə onu uşağa 1 qaşıqdan artıq vermək olmaz.
Əgər uşaq birinci dəfə təzə yeməyi xoşlamasa, ertəsi gün həmin yeməyi yenidən vermək lazımdır. Bunun üçün ana səbirli və dözümlü olmalıdır. Ana səbirsizlik edib ilk dəfədən uşağa təzə yeməyi zorla yedizdirməməlidir. Əgər uşaq yeməyi ikinci gün də yeməsə, tələsmək lazəm deyil, bir müddət sonra yenidən sınamaq lazımdır. Əgər ana bu qaydaya əməl eləməsə, uşaq təzə yeməkləri görəndə daha çox müqavimət göstərəcəkdir.
Uşaqlar təzə dadlar, təzə yeməklər gördükcə sıyıqlardan imtina edirlər. Amma uşaqların təkidinə baxmayaraq onları sıyıqdan imtina etməyə qoymaq lazım deyil. Əgər uşaq təzə yeməkləri yedikcə sıyıqlardan imtina edirsə, onda təzə yeməyin miqdarını azaltmaq lazımdır. Diqqətli və qayğıkeş ana uşağına qarşı səbirli olmalı, körpəsinin sağlamlığı naminə onun qidasını nəzarət altında saxlamalı və uşağının hər şeyi yeməsini öyrətməyə çalışmalıdır.

Ailə və Uşaq     Baxılıb: 4349   Tarix: 21 iyul 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

Mükəmməl seks üçün yataqdakı QAYDALAR

Qüsursuz və ideal seks üçün yataqda riayət etməli olduğunuz qaydaları bilirsinizmi?. 1. Gigiyena. Qadını məmnun etmək üçün aşağıdakıları tətbiq etmək lazımdır:. - Düzgün şəkildə yuyunmaq lazımdır ki, heç bir yerindən iy gəlməsin

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

turlar.az

kosmetika mehsullari makiyaj etmek qaydalari toy gecesi payiz haqqinda insa sulu yeməklər baliq qulagi cəlil məmmədquluzadə kosmetika sekisler webnem tovuzlu bayatilar baldiza aid hakisda vicdan