Kovid aptekçəsində nə olmalıdır? - Dərmanlar siyahısı

Kovid aptekçəsində nə olmalıdır? - Dərmanlar siyahısıAzərbaycanda əhali pandemiya dövründə milyonlarla vəsaiti ancaq apteklərdə kovid müalicəsi üçün tələb olunan dərmanlara xərcləyib.
Virus mutasiyaya uğrayır, hər dəfə müaicə gedişi dəyişir.
Bəs pandemiyada yaşadığımız müddətcə dərman aptekçəsi ilə yanaşı kovid qutusunda nələr olmalıdır? Hansı preparatlar mütləq evdə tapılmalıdır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, rusiyalı terapevt Yaroslav Aşixmin koronavirus müalicəsi üçün aptekçədə olmalı dərmanları və vasitələri açıqlayıb.
"Əslində kovidi müalicə edəcək dərmanın mövcudluğuna Rusiya və MDB dövlətlərində çox inanırlar. İnsanlar əllərinə keçəni alır. Amma ABŞ və Avropada insanlar öncədən heç bir dərman almır, resept axtarmır, çünki bilirlər ki, kovidin ambulator müalicəsi yoxdur. Dünya peyvənd istiqamətində tədbirini görür.
Yeganə dərman parasetamol olmalıdır ki, virus qızdırması olduqda, qızdırmanı salasız.
Mən şəxsən pasiyentlərimə tövsiyə edirəm ki, istənilən Avropa brendi istehsalı parasetamolu alsınlar, Rusiya istehsalçılarına güvənmirəm.
Digər Arbidol, Anaferon, Ergeferon və s. kimi geniş spektrli virus preparatlarının virusdan sağalmağa aiddiyatı yoxdur. Onların kovidin müalicəsində effekti sübut olunmayıb.
Favirapiravir dərmanının sübutlu bazası var, amma onu da yoluxduqdan ilk sutkada qəbul etmək lazımdır. Onu hamilələr, eləcə də hələ ana olmayan gənc qadınlar içməməlidir. Bu dərmanın effektindən riski çoxdur.
İmmun aktivləşdirici müxtəlif immunitet gücləndirici immunomodulyatorlar da Amerika və Avropada xəstələrə yazılmır. Koronavirusda əksinə immuniteti qıcıqlandırmaq olmaz.
Yeganə effektiv preparat hormonal deksametazondur. Onu da evdə müalicədə tətbiq etmirlər.
Bakterial pnevmoniya zamanı həkim antibiotik təyin edir, onları da aptekçədə saxlamaq alıb yığmaq mənasızdır.
Virus infeksiyalarında antibiotiklər effektsizdir.
Ona görə də ev eptekində parasetamol, ipubrofen, Nimesil və s. kimi ağrıkəsici, hərarət salıcılar, Vitamin C, D, selen və sink olması, eləcə də termometr, saturasiya ölçmək üçün pulsoksimetr cihazı, burun yumaq üçün spreylər, natri xlor, əzələ ağrısına qarşı yüngül maz olmalıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1017   Tarix: 16 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq

"İsti havadan kəskin soyuq havaya keçid, xüsusilə ürək-damar xəstəlikləri olanlar, meteohəssas insanlar, yaşlılar və tənəffüs sistemi problemləri (astma, bronxit) olan şəxslər üçün daha təhlükəlidir". xəbər veri

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb

"Çay, qəhvə və şirin içkilər orqanizm üçün təmiz suyun tam əvəzi hesab oluna bilməz". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyi

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

turlar.az

geyim və ayaqqabılar gözəllik məhsulları toy makiyajlari kolbasa hazirlanmasi encir murebbesi mələk kartları çək kesmikli koke kosmetika xanım az kahfe fali xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır bayatilar qaynana