Kürəkdə ağrılar. Kürək və onurğaətrafı nahiyələr nədən ağrayır?

Kürəkdə ağrılar. Kürək və onurğaətrafı nahiyələr nədən ağrayır?Kürək və onurğaətrafı nahiyələrin ağrımasından əksər insanlar şikayət edir. Kürəkdə olan ağrılar orqanizmdə baş verən patoloji proseslərin əlamətidir. Buna görə də kürək ağrılarını aradan qaldırmaq üçün onu əmələ gətirən əsas səbəbi öyrənmək və xəstəliyi müalicə etmək lazımdır. Kürək və onurğaətrafı nahiyədə əmələ gələn ağrılar aşağıdakı səbəblərdən meydana gələ bilir:
Onurğa yırtığı  
Xəstəlik makro və mikrotravmalardan müydana gəlir. Bu zaman hərəkət edərkən, asqırarkən, öskürərkən kəskin ağrılar meydana çıxır. Onurğa yırtığı ayaqların ucuna kimi ağrı, keyləşmə, qarışqa gəzməsi hissi, gücün azalması ilə özünü biruzə verir. Xəstəliyin diaqnozu MRT və KT vasitəsilə qoyulur.
Diskin sürüşməsi
Bu zaman beldən ayağa qədər vuran kəskin ağrılar müşahidə edilir. Xəstəlik travmalar zamanı əmələ gəlir. Ağrılar nəinki ayaqlara hətta kürək nahiyəyə də irradiasiya edir.
Əzələ ağrıları  
Onurğaətrafı nahiyənin əzələ toxumasının xəstəliyi (miozit) kürək və onurğaətrafı nahiyədə vaxtaşırı meydana gələn əzələ ağrıları ilə müşayiət edilir. Ağrıların səbəbi müalicə olmadıqda residiv olaraq tez-tez əmələ gəlir və xəstəni narahat edir. Bu zaman ağrılarla bərabər əzələlərdə gərginləşmə də meydana çıxır. Ağrı və gərginlik hissi bir və ya ikitərəfli ola bilir. Bu ağrılar isə yorğunluq, nəm və küləkli, soyuqlama zamanı daha çox baş verir. Əzələ ağrıları zamanı MRT və KT müayinəsi heç bir nəticə vermir.
Aptropatiya
Artropatiya travma səbəbli əmələ gəlir.Bu zaman kürək nahiyədə yerli gərginlik, onurğanın dartılması hissi, toxunma zamanı ağrı müşahidə edilir. Bu səbəbli əmələ gələn ağrıları yanlız kortikosteroid vurduqdan sonra sakitləşdirmək mümkün olur.
Onurğanın stenozu
Onurğanın stenozu yetkinliklə əlaqədar olaraq baş verən dəyişikliklər zamanı meydana çıxır. Xəstəlik özünü kürəkdə ağrılar, bir müddət gəzdikdən sonra ayaqlarda ağrılar, ayaqlarda taqətin olmaması, kürək nahiyədəki qabırğaları şaqqıldadan zaman yüngülləşmə ilə göstərir.
Kürək nahiyədə ağrının əmələ gəlmə səbəbini öyrənmək üçün kompyuter tomoqrafiyasından və MRT-dən isitifadə edilir.
Kürək və onurğaətrafı nahiyədə ağrıları aradan qaldırmaq üçün aşağıdakı müalicə vasitələrindən istifadə edilir:
* iynə refleks terapiyası
* vakkum terapiyası
* manual terapiya
* lazer müalicəsi
* dərmanla müalicə
* elektrostimulyasiya
Profilaktikası  
Belində və kürəyində ağrı olan adamlara ağırlıq qaldırmaq, sərt şəkildə dönmək, kürək nahiyəni soyuğa vermək məsləhət görülmür. Belə insanlar piyada gəzməli, şax durmalı, ortopedik yataqda yatmalı, əyilib qalxanda diqqətli olmalı, uzun müddət boynunu aşağı əyib iş görməməlidir. Onlara 20-30 dəqiqə eyni vəziyyətdə oturmaq olmaz.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1479   Tarix: 16 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

geyim seçimi kosmetik vasiteler maskalar 2026 yay donlari serebral iflic usaqlar qadınlar və kişilər tənəffüs orqanları kosmetika novruza aid hakışda oglaq nizami gencevi sevgi qu quşu