Lanqust və onun faydaları

Lanqust və onun faydalarıLanqustlar buğumayaqlılar tipinə, xərgəngkimilər sinfinə aiddir. Onların uzunluğu 60 sm, çəkiləri isə 5 kiloqrama qədər ola bilir. Lanqustlar zərif və dadlı ətə malikdirlər. Onlarlın dadlı ətə malik olması bütün dünya miqyasında restoranlarda bişirilməsinə səbəb olur. Lanqustlar omar xərçənginə çox bənzəyirlər. Onların 100-ə yaxın növləri var. Lanqustlara Sakit okeanda, Yaponiya sahillərində, Aralıq dənizi sahillərində, Cənubi Afrika və Avstraliyada rast gəlmək mümkündür. Avropa və Amerika ölkələrində də lanqustlara rast gəlmək mümkündür. Lanqustlar yaşadıqıları yerin mühitinə uyğun olaraq müxtəlif rənglərdə olur. Rəngləri müxtəlif olan lanqustların ayaqlarının sayı da müxtəlif olur. Müxtəlif su hövzələrində lanqustların ağ, çəhrayı, qəhvəyi, qırmızı və s. rənglərinə rast gəlmək mümkündür. Ən dadlı ətə malik isə çəhrayı atlantik lanqustudur. Qida sənayesində lanqustların əsasən quyruq hissəsindən istifadə edilir. Onu dondurulmuş halda marketlərdən almaq mümkündür. Nadir hallarda suda saxlanılan təzə lanqust alıb ev şəraitində bişirmək mümkün olur. Bu zaman lanqust aldıqda onun təzəliyini bilmək üçün quyruğuna nəzər yetirmək lazımdır. Quyruğunun içəri döğru qıvrılması onun təzəliyinin göstəricisidir.
Necə saxlamalı?
Lanqustu saxlamaq üçün ən ideal variant onu -18* temptarurda saxlamaqdır. Onu bu temperaturda ən çox 4 ay saxlamaq mümkündür. 100 qram lanqust ətinin qida dəyəri:
- Zülallar - 44,8 qr
- Yağlar - 2,7 qr
- Karbohidratlar - 1 qr
- Su - 13,6 qr
- Kalori - 112 kKal.
Lanqust ətinin tərkibində zülallar, yağlar, riboflovin, retinol, tiamin, pridoksin, askorbin turşusu, pantoten turşusu, fol turşusu və sianokobolamin var. Onun tərkibi kalsium, kalium, fosfor, maqnium, selen, sink, selen, marqanes, natrium, dəmir və s. minerallalar var.
Lanqust ətində zülalların, yağların, karbohidratların olmasına baxmayaraq az kalorili qidalardandır. Öz çəkisini nəzarət alıtında saxlamaq istəyənlər üçün lanqust yemək çox faydalıdır. Dieta saxlayanların lanqust əti yemələri onların vitamin və minerallara olan ehtiyacını ödəsə də, çəkinin artmasına səbəb olmur. Onun tərkibində orqanizm üçün faydalı olan zülallar və amin turşuları var. Lanqust ətində olan əvəzolunmas amin turşuları orqanizmin qocalmasının qarşısını alır. Lanqustun tərkibi fosfor və kaliumla zəngindir. Bu mineralların qarışımı dişlərin, saçların və dırnaqların möhkəmlənməsinə səbəb olur. Tərkibində olan mikroelementlər orqanizm tərəfindən asan sorulur, sinir sisteminin normallaşmasına, maddələr, enerji və karbohidratlar mübadiləsinin sürətlənməsinə səbəb olur. Orqanizmdə fosfor və B qrup vitaminlərin çatışmazlığı zamanı lanqust əti yemək patoloji əlamətlərin aradan qalxmasına səbəb olur. Kalsium, fosfor qarışımı sümüklərin möhkəmlənməsinə səbəb olur, onlarda əmələ gələn deformasiyaların qarşısını alır.
Lanqust ətinin tərkibində olan kaliumun miqdarı ürək əzələsinin möhkəmlənməsinə səbəb olur. Lanqust dünyanın hər yerində istifadə edilən ən dadlı delikateslərdəndir. Lanqust dünya restoranlarında ən çox satılan delikatesdir. Bu delikatesin çəkisi çox az miqdarda olmasina baxmayaraq, onun tərkibi qidalandırıcı maddələrlə çox zəngindir.
Lanqustun zərərli xüsusiyyətləri
Bəzi hallarda lanqust ətindən istifadə etmək allergik reaksiyaların, dəri səpgilərinin, şişkinliklərin əmələ gəlməsinə səbəb olur. Dəniz məhsullarına qarşı allergiyası olan adamlara lanqust əti yemək məsləhət görülmür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1223   Tarix: 10 aprel 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

geyim seçimi qadin sayti geyim şəkilləri toy ideyalari bürclərin uyğunluğu qadın sonsuzluğu qadın ətirləri kosmetika ginekoloq yuxuda qara ilan gormek hakışda turpun nağlı intim