Lanqustinin faydaları

Lanqustinin faydalarıLanqustin xarici görünüşünə görə lanqusta və omar xərçənginə çox bənzəyir. O çoxayaqlı xərçəngkimilər sinfinə aiddir. Bu dəniz heyvanı narıncı rəngə sahib olur. Onların uzunluqları 15-25 sm ölçüdə, bədənləri dairəvi formada olur. Lanqustinlərin on ayağı və nazik bığcıqları olur. Lanqustinlərə Atlantik okeanı, Aralıq və Şimal dənizlərinin sularında daha çox rast gəlinir. Onlar suyun 45-250 metr dərinliklərində yaşayır, özlərinə sığınacaq tapır və oradan yalnız gecələr çıxırlar. Lanqustinın ətli hissəsi onun quyruğudur, buna görə də qida vasitəsi kimi onun quyruğundan istifadə edirlir.
100 qram lanqustin ətinin qida dəyəri:
- Zülallar - 19,7 qr
- Yağlar - 2,3 qr
- Karbohidratlar - 0
- Su - 77 qr
- Kalori - 98 Kkal.
Faydalı lanqustin ətinin tərkibi təbii yağlarla zəngindir. Onun ətində orqanizm üşün faydalı olan zülallar, fosfor, dəmir, sink, selen və s. elementlər var. 100 qram lanqustin ətində olan yodun miqdarı gündəlik dozadan 33%, maqnium 20%, kalsium isə 10 % çoxdur.
Tərkibində olan minerallar lanqustin ətinin saçlar, dəri və dırnaqlar üçün çox faydalı olduğunu göstərir. Mütəmadi olaraq onunla qidalanmaq görmənin və beyin fəaliyyətinin yaxşılaşmasına səbəb olur. Lanqustin əti yemək sinir sisteminin və immunitetin yüksəlməsinə səbəb olur və orqanizmə antidepressant təsir göstərir. Lanqustin ətinin tərkibi əvəzolunmaz amin turşuları, zülallar və minerallarla zəngindir. Tərkibində olanlar orqanizmin qocalmasının qarşısını alır, orqanizmin xəstəliklərə qarşı olan müdafiə qüvvəsinin artmasına səbəb olur. Lanqustin əti də digər dəniz məhsulları kimi təbii mineral birləşmələrlə zəngindiir. Bu təbii birləşmələr bir çox xəstəliklərin sağalmasını sürətləndirir.
Kosmetologiyada lanqustindən istifadə qaydası
Artıq çəkidən xilas olmaq üçün lanqustun ətindən istifadə etmək çox faydalıdır. Onu yemək iştahanın azalmasına və orqanizmin minerallarla təmin olunmasına səbəb olur. Lanqustin əti ən dietik qidalardandır.
Lanqustinin zərəli xüsusiyyətləri
Lanqustin əti yemək allergiya əlamətlərinin meydana çıxmasına səbəb ola bilir. Dietoloqlar həftə ərzində 2 dəfədən çox dəniz məhsullarından istifadə etməyi məsləhət bilmirlər. Xroniki ürək və damar xəstəliklərindən əziyyət çəkənlərə lanqustinin baş hissəsini yemək məsləhət görülmür. Bunun səbəbi isə tərkibində olan xolesterinin xəstəlik əlamətlərini artıra bilməsidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1300   Tarix: 17 noyabr 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

geyim seçimi hamilelikde qidalanma makiyaj instagram hakista mantı reseptleri azadqadin dogum cantasinda ne olmalidir kosmetika bayatılar baldıza aid hakışta şəkərbura atalar sözləri dovsan