Lənkəranskinin düşməni azərbaycanlı məşhur müğənninin başına elə oyun açdı ki... - FOTO
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilənlər - Vazeh Bağırov, Gündüz Xəlilov, İlqar Həsənov, Emin Bağırov və Ariz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əhməd Quliyevin icraatında olan prosesdə təqsirləndirilən şəxslər cəza istənilib. Dövlət ittihamçısı çıxış edərək onların hər birinin 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Adıçəkilən şəxslər özlərini "Lotu Quli"nin qardaşı "Lotu Namiq"in adamları kimi təqdim edərək "Şeron" qrupunun sabiq üzvü "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədovla Ramin Qasımovu silahla hədələyərək hər birindən 12 min manat və 4 min ABŞ dolları məbləğində pul tələb ediblər. Bir qədər sonra isə tələb olunan pulların verilməsi müddətini artırmaq üçün onlardan 1000 dollar alıblar. Ardınca isə İ.Məmmədovun "Mercedes Benz S-Class" markalı maşınını əlindən alaraq 10 min manatla əvəz ediblər.
Onların növbəti qurbanı isə Ramin Qasımov olub. Ondan birinci dəfə 4 min dollar alıblar, ikinci dəfə 12 min dolları alanda polis əməkdaşları tərəfindən saxlanılıblar.
İttiham olunan şəxslərdən biri, Əfsun Quliyev Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsində mülki mühafizəçi olub, onun barəsindəki cinayət işində istintaq zamanı xitam verilib və o, təcridxanadan azadlığa buraxılıb.
mənbə: qafqazinfo
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir