Lətifə Soyuöz: "Haramsa açılsa, dərhal oranı örtərəm" – VİDEO

Lətifə Soyuöz: "Haramsa açılsa, dərhal oranı örtərəm" – VİDEO"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan müğənni Lətifə Soyuöz maraqlı açıqlamalar verib.

Müğənni ilk olaraq geyimlərlə bağlı kompleksi olmadığını bildirib:

"Geyimlərlə əlaqəli heç bir komplesim yoxdur. Səhnə adamı olduğum üçün kompleks hiss etmirəm. Sözsüz ki, səhnəyə geyindiyimiz paltarı biz gündəlik istifadə etmirik. Əgər geyimin hansısa hissəsində problemin olduğunu görsəm, dərhal oranı örtərəm. Çəkim 80 kilodan artıq olanda qapalı və uzun geyinirdim. Amma arıqladıqdan sonra şortları çox sevdiyim üçün geyinməyə başladım. Bəzən qarderobu açıram və deyirəm ki, nə geyinim? Qapalı bir şey geymək istəyirəm. Baxıram ki, qarderob başdan-aşağı şortlardan ibarətdir".

Daha sonra sənətçi, şou-biznes əhlindən söz açıb:

"Şou-biznes əhli ilə çox iç-içə deyiləm. Şou-biznesə çox daxil olmuram. Məni kiminləsə oturan görməzsiz. Ancaq öz ətrafım, öz komandamla bərabər gedib hardasa otururuq. Hətta tədbirlərə belə gedəndə, çalışıram ki, şou əhlindən uzaq olum. Çünki söz-söhbətlər məni yorur".

Bəzi həmkarlarının sənətini bəyənmədiyini söyləyən Lətifə xanım, elə həmin insanların efirlər sayəsində gündəmdə qaldığını dilə gətirib:

"Nə qədər böyük layihələr hazırlayırsan hazırla, hər gün efirdə olan və heç bir şey etməyən insan səndən daha çox tanınır və sevilməyə başlayır. Musiqisi sıfıra bərabər belə olsa. Müğənilər var ki, mən onların oxu tərzini qəbul etmirəm və onlar mənə görə deyil. Onlar baxmır ki, hara getmək olar, ya olmaz. Ancaq mənim üçün önəmlidir. Gedəcəyim yeri seçirəm".

Şəxsi həyatından da danışan müğənni, boşandıqdan sonra həyatında böyük dəyişikliklərin olmadığını söyləyib:

"Bircə o dəyişdi ki, şəxsiyyət vəsiqəmdə "ailəli" sözü daha yazılmır. Başqa sizə deyim ki, həyat tərzim dəyişdi, insanlara qarşı münasibətim dəyişdi, özümə qarşı münasibətim dəyişdi, yox. Əyləncəli və ciddi tərəfimlə necəydimsə, elə də qalmışam. Kədərləndiyim məqamlar oldu. Güvən hissi bir qədər məhv oldu. Sonra düşündüm ki, insanlara güvənmək lazımdır. Kimdəsə alınmayıbsa, ikinci dəfə də ailə qura bilər. Seçiciyəm. Növbəti dəfə xətaya düşmək istəmirəm. Amma, əlbəttə ki, sevgi ilə bağlı qığılcımlar olur. Baxıram ki, ola bilər. Düşündüyüm insanlar var. Ancaq bu, gələcəyin işidir".

Sonda boşanmasına səbəb olan insandan da danışan müğənni heç nə üçün peşman olmadığını söyləyərək, eksklüziv açıqlamalar verib:

"Əlbəttə ki, həmin qadının kimliyi mənə maraqlı idi. Ortada 10 illik bir ailə həyatım var idi. Mənə maraqlı idi ki, o, kimdi. Tapdım. Gördüm ki, heç də peşman olmamalıyam. Üzülməyimə dəyməz. Düşünürəm ki, bu, həyat yoldaşımın bir səhvi idi. Mən ona xoşbəxtlik arzulayıram. Çünki xoşbəxt olmağa layiq bir insan idi. Ola bilsin alınmadı".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Xəbərlər     Baxılıb: 2892   Tarix: 22 iyun 2017
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

geyim şəkilləri toy makiyajlari sac duzumleri elm bilik haqqinda atalar sözləri xəmir reseptləri yuxa tortu körpə və ona qulluq kosmetika geyim ariqla sac modelleri gözellik badambura