Lider TV bütün əməkdaşlarını işdən çıxardı

Lider TV bütün əməkdaşlarını işdən çıxardıLider TV bütün əməkdaşlarını işdən kənarlaşdırıb.
Open.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə telekanal əməkdaşları məlumat veriblər. Onların bildirdiyinə görə, kanal rəhbərliyi onlara öz hesablarına üç aylıq məzuniyyətə çıxmaları barədə ərizə yazmalarını tapşırıb. Telekanal əməkdaşları da bu tapşırığa sözsüz əməl etmək məcburiyyətində qalıblar. İşçilərdən ancaq texniki heyətin kiçik bir qismi saxlanılıb. Bütün layihələr dayandırılıb, efir isə köhnə veriliş və filmlərlə doldurulacaq. İşdən çıxarılan şəxslər artıq digər telekanallara, media qurumlarına iş üçün müraciət ediblər. Çünki onlara yenidən kanala qaytarılmayacaqları bildirilib.
Telekanal əməkdaşlarının sözlərinə görə, bu qəfil qərarın verilməsinə səbəb Lider TV-dəki maliyyə problemləridir. Rəhbərlik telekanalın büdcəsini düzgün idarə edə bilmədiyi üçün çıxış yolu olaraq işçiləri işdən kənarlaşdırmağı uyğun bilib. Prosesin nə ilə yekunlaşacağı, telekanal rəhbərliyinin əl dəyişdirib-dəyişdirməyəcəyi isə suallar sırasındadır.

Şou Biznes     Baxılıb: 1546   Tarix: 11 may 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Nadir Qafarzadədən nəvəsi ilə bağlı paylaşım - FOTO

Müğənni Nadir Qafarzadə öz adını daşıyan nəvəsi ilə paylaşım edib. . İfaçı nəvəsi ilə çəkdirdiyi fotoları sosial media hesabında izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, N.Qafarzadənin iki oğlu və iki nəvəsi var. /

.

"Survivor" dördüncüsü ailə qurdu

"Survivor" yarışması ilə tanınan Ayşe Yüksel ailə qurub. Yüksel uzun müddətdir sevgilisi olan Sercan Sarayla nikah masasına oturub. Qeyd edək ki, Ayşə Yüksel yarışdığı mövsüm dördüncü olub. /

.

36 yaşlı aktrisa vəfat etdi

Hollivud aktrisası Hayden Panettyeri 36 yaşında vəfat edib. Bu barədə aktrisanın atası açıqlama yayıb. Onun ölüm səbəbi barədə məlumat verilməyib. Aktrisa "Heroes" serialında Kler Bennet rolundan sonra daha da məşhurlaşıb

.

Məşhur rəssam vəfat etdi

Məşhur yapon avanqard rəssamı Yayoi Kusama vəfat edib. Rəssam 97 yaşında Tokioda dünyasını dəyişib. Onun ölümünə çoxlu orqan çatışmazlığı səbəb olub. Yayoi Kusama avqustun 14-də vəfat etsə də, bu barədə yalnız indi məluma

.

Bergüzar Korel "A.B.İ."də

Türkiyəli aktrisa Bergüzar Korel "A.B.İ." serialının ikinci mövsümündə rol alacaq. Serialın çəkilişlərinə avqustun 22-də başlanması planlaşdırılır. Yeni mövsümdə hadisələrin daha çox aksiyon və intiqam üzərind

.

İrem Dericinin nişanlısı saxlanıldı

Türkiyəli müğənni İrem Dericinin nişanlısı, DJ Melih Kunukçu qanunsuz mərc oyunları ilə bağlı keçirilən əməliyyat çərçivəsində saxlanılıb. xarici mediaya istinadən xəbər verir ki, istintaq çərçivəsində ümumilikdə 311 nəfə

.

İkinci dəfə ata oldu

Türkiyənin tanınmış aktyoru Murat Yıldırım ikinci dəfə ata olub. Bu barədə türkiyəli jurnalist Birsen Altuntaş məlumat yayıb. Körpəyə Kerem adını qoyublar. Aktyorun həmçinin 4 yaşında Miray adlı qız övladı var. Qeyd edə

.

Türkiyəli aktrisa 9-cu dəfə əməliyyat olunacaq

Türkiyəli aktrisa Aslı Bekiroğlu 9-cu dəfə əməliyyat olunacaq. axşam.az-a istinadən bildirir ki, bu barədə aktrisa özü açıqlama verib. O, bildirib ki, bu əməliyyat üçün əvvəlcə çəki atmalıdır. Qeyd edək ki, uşaqlığından miom

.

Tünzalə Ağayeva - "Ürəyim tək sənin üçün döyünür hər dəfə..." - Foto

Xalq artisti Tünzalə Ağayeva son paylaşımı ilə diqqətləri üzərinə çəkib. Axşam.az-a istinadən xəbər verir ki, müğənni bir bəylə əl-ələ tutduğu fotonu izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Ürəyim tək sənin üçü

turlar.az

geyim şəkilləri kosmetik vasiteler geyim seçimi hamileliyin ilk elameti balqabaq tumu salatlarin dizayni fitnes klubu kosmetika novruz haqistalari oğlaq heyati arxadan olmaq qaynanaya aid