Limonla bunları etsəniz mükəmməl görüntü alacaqsınız

Limonla bunları etsəniz mükəmməl görüntü alacaqsınızDərinizi təravətləndirir:

Solğun bir dəriniz varsa və tünd ləkələr sizi narahat edirsə limondan istifadə edin. Limon dərinizi təravətləndirər və parıldadar. Səhər üzünüzü yuduğunuz suya bir neçə damcı limon suyu əlavə edin və o cür yuyun.

Dişləri ağardır:

Bahalı marka kremlərin əvəzinə limonu seçə bilərsiniz. Limon suyu və karbonatı qarışdıraraq diş pastası əldə edə bilərsiniz.

Yağlı dəriyə və qara nöqtələrə son:

Limon dərinizdəki yağı əmər. Bir parça pambığa bir neçə damcı limon suyu əlavə edin və yatmadan öncə tonik kimi dərinizə tətbiq edin. Qara nöqtələr üçünsə yarım limon suyunu bal ilə qarışdırıb qara nöqtəli bölgələrə tətbiq edin. 5 dəqiqə gözləyib soyuq su ilə yuyun.

Saç rəngini açar:

Saç rəngini açmaq üçün boyalar və ya kozmetik vasitələrdən deyil limondan istifadə edə bilərsiniz. Limon suyunu saç baxım spreyinizə əlavə edin və saçınıza tətbiq edin. Günəşli gündə təbii kölgələr yaranacaq.

Dırnaqları gücləndirir:

Tez tez dırnaq boyasından istifadə edirsinizsə vaxt keçdikcə dırnaqlarınız zəifləyər. Bir yemək qaşığı zeytun yağına bir neçə damcı limon əlavə edin və qarışdırın. Bu məhlulu dırnaqlarınıza çəkin. Ən yaxşısı gecə yatmazdan əvvəl tətbiq edin və əlcək geyinərək yatın. Səhər oyandıqda əlləriniz yumuşaq və dırnaqlarınız güclü olacaq.

Quru dərinin dostu:

Saç dərinizdən dodaqlarınıza, dizlərinizdən dirsəklərinizə qədər bütün bədəninizin dostudur limon. Saç dərisi üçün limon suyu, bal, zeytunyağı və hindistan qozu yağını qarışdırıb saç diblərinizə çəkin. 10 dəqiqə gözləyib yuyun. Daha yumuşaq bir dəri üçün isə bir parça limonu yatmadan öncə quru bölgələrinizə çəkin və səhər oyananda yuyun.

Gözəllik və Moda     Baxılıb: 5803   Tarix: 30 aprel 2016
f Paylaş

Oxşar xəbərlər

.

Saçınız nazikdirsə, heç vaxt belə kəsdirməyin

Hansı saç düzümləri incə saçları daha az həcmli göstərir: niyə stilistlər gündəlik görünüşlərdə bu formalardan çəkinməyi məsləhət görürlər. Beləliklə, bu modelləri təqdim edirik:. İncə saçlar üçün hansı saç kəsimləri uyğu

.

Tarixdə qadın gözəlliyi: Antik dövrlərdən indiyə qədərki inkişaf

Tarix boyu qadın gözəlliyi müxtəlif dövrlərin və mədəniyyətlərin tələblərinə uyğun olaraq dəyişmiş, zamanla fərqli ideal gözəllik anlayışları meydana çıxmışdır. Bu dəyişikliklər yalnız fiziki xarakteristikalarda deyil, hə

.

Kosmetoloqa gedə bilməyənlər bunları etsin

Qadınlar gözəllik salonlarına gedib, müxtəlif kosmetoloji prosedurlar etdirirlər. Amma bəzən vaxt azlığı və ya edilən prosedur üzdə o qədər də effektli olmur. Kosmetoloqların etdiyi prosedurlarla yanaşı üzə ev şəraitind

.

Kosmetik məhsullarda olan spirt dərini qurudur?

Kosmetik məhsulların tərkibində spirt olması mübahisəli məsələdir. Buna görə də çoxları tərkibində spirt olan məhsullardan imtina etməyə çalışır. Əgər etil spirtdən söhbət gedirsə, bu, kifayət qədər doğru bir qərardır. Yağl

.

Bu yağdan istifadə etməklə saç və kirpiklərinizi uzada bilərsiniz

Əgər sizin saçlarınız zəif görünür, tökülür və parlaqlığını itiribsə o zaman aşğıdakıları diqqətlə oxuyun. Siz saçlarınızın itirilmiş sağlamlığını bərpa etmək üçün bahalı kosmetik vasitələrdən və kimyəvi dərmanlardan ço

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

Təbii gözəllik və onun qadın həyatına təsiri

Müasir dövrün inkişafı ilə birlikdə gözəllik anlayışları da sürətlə dəyişir. Texnologiyanın və media vasitələrinin təsiri altında, gözəllik standartları da daha çox süni tələblərə əsaslanmağa başlayıb. Lakin, son zamanla

.

Bu ilin məşhur makiyaj trendləri hansılar olacaq?

Makiyaj dünyası, hər il yeni trendlərlə zənginləşir və kosmetika sənayesi inkişaf etdikcə, istifadəçilər daha çox müxtəlif texnikalar və məhsullar ilə tanış olur. 2025-ci il üçün gözəllik dünyasında gözlənilən ən maraql

.

2025-in yaz aylarında makiyaj trendi

Bahar – dəyişiklik və eksperimentlər vaxtıdır. 2025-ci ilin yazında əsas diqqət minimalizmə yönəlir: sağlam və təravətli dəri görünüşü ön plandadır. Lakin gözlərdə və ya dodaqlarda istifadə olunan parlaq rənglər obrazınız

turlar.az

toy makiyajlari kosmetoloq hamilelikde qidalanma gəlinlik və toy dəbi baliq yaginin faydalari ərzaqlar bilincik resepti kosmetika novruz bayrami hakisda hamilelik gozde olar bayatı şirin qoğal