Limonlu suyu belə içmək olmaz– 4 mənfi təsiri

Limonlu suyu belə içmək olmaz– 4 mənfi təsiriMütəxəssislər limon şirəsinin sağlamlığımız üçün çox faydalı olduğunu bildirirlər. Limonlu suyun ən əhəmiyyətli faydalarından biri böyrək daşlarının qarşısının alınmasında təsirli olmasıdır.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, Dr. Erik Berq bir çox insanın limonlu su içərkən etdiyi səhvlərdən danışıb.
Həkim bildirib ki, limonlu su yalnız düzgün istehlak edildikdə faydalıdır. Əks təqdirdə isə mənfi nəticələr verə bilər.
"Limonlu su tərkibindəki dəstəkləyici minerallar, xüsusilə də C vitamini ilə diqqət çəkir. Daha çox sitrat əldə etməyin yolu da limonlu su içməkdir", - Dr. E.Berq qeyd edib.
Həkim bildirir ki, C vitamini çatışmazlığının əsas simptomları diş ətinin qanaması və yorğunluqdur. Histaminin bəzən "yorğunluğa səbəb olan bir zəhər kimi" təsir etdiyini izah edən Berq, limonun antihistamin xüsusiyyətindən faydalanmalı olduğumuzu söyləyir.
"Bundan əlavə, limon şirəsi göbələklərə, infeksiya növlərinə və sidik turşusu əmələ gəlməsinə qarşı müalicəvi təsir göstərir.
Bədəndə dəmirin udulmasını artırmağa da kömək edir. Bunun üçün limonu suya sıxaraq və ya qabıqlı şəkildə blenderdən keçirdikdən sonra suya qataraq istehlak etmək lazımdır", - həkim vurğulayıb.
Dr.E.Berqin sözlərinə görə, limonun faydalarından yararlanmaq üçün aşağıdakı səhvləri etmədiyinizdən əmin olmalısınız:
Yeməkdən əvvəl içməyin!
Yeməkdən əvvəl limonlu su istehlak etməyin düzgün olmadığını bildirən Berq, limonun tərkibindəki turşuların həzm prosesini ləngidəcəyini deyir. Odur ki, limonlu suyu hər hansı bir yeməkdən ən azı 1 saat əvvəl içməlisiniz.
Diş minasına zərər verə bilər!
pH səviyyəsi 2-3 arasında dəyişən limon birbaşa istehlak edildikdə dişlərə zərər verir. Limon şirəsinin pH səviyyəsini xlorid turşusuna bənzədən Berq, müntəzəm olaraq dişləri birbaşa limon şirəsinə məruz qoymağın düzgün olmadığını bildirir. Buna görə də onu su ilə seyrəldib içmək daha faydalıdır.
Mədəyə mənfi təsir edə bilər!
Mədə xorası kimi xəstəliklərindən əziyyət çəkənlər limon suyu qəbul etdikdən sonra yanma hissi ilə üzləşə bilərlər. Mədəsi həssas olanların limonlu su istehlak etməsi təhlükəli ola bilər.
Alkaloz riski
Qan dəyərlərində pH səviyyəsi yüksələrək normaldan daha çox qələvi hala gələ bilər. Alkaloz adlanan bu vəziyyətdə limon şirəsi içmək zərərli təsirlərə səbəb olur.
Alkalozun ümumi simptomları başgicəllənməsi, əl və ayaqlarda uyuşma, ürək döyüntüsü və nəfəs darlığıdır. Belə nəfəs bədəndə oksigen və karbon dioksid balansının pozulmasına səbəb olur.
Bu cür riskli vəziyyətlərə məruz qalmamaq üçün limonlu su içərkən daha diqqətli olmalısınız.
Milli.Az

Xəbərlər     Baxılıb: 1140   Tarix: 30 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

yaz geyimleri 2026 geyim seçimi hamilelikde qidalanma çolkalı saç modelleri təmizlik milli yemekler fitness kosmetika ginekoloq nizami gəncəvi novruza aid xerceng baldiza aid