Limonun faydaları haqqında

Limonun faydaları haqqındaLimon ən yaxşı təmizləyicidir. Limon qaraciyərdə və bağırsaqlarda çürümə proseslərini ləngidir. Limonun dadının turş olmasına baxmayaraq mədə turşuması, yəni qıcqırması zamanı limon şirəsini adi suya qarışdırıb içəndə turşunu neytrallaşdırır, yəni qıcqırmanı və turşuluğu aradan qaldırır. Su ilə qarışmış limon şirəsi həm də xaricə istifadə olunur, məsələn ağız, boğaz yaraları zamanı qarqara olunur, burun qanaxmasının qarşısını almaq olur, göbələk xəstəliyində, xalları və çilləri hər gün masaj etməklə götürmək olur.
Baş ağrısından əziyyət çəkən vaxt da limondan istifadə etmək olar. Beləki, limon suyu ilə gicgahları masaj etmək olar. Eləcə də, bir neçə dəqiqəlik limon dilimlərindən alına qoymaq da faydalıdır.
Bəzi adamlarda dırnaqlar kövrəkləşir, tez sınır və kələ-kötür olur, bu zaman dırnaqları gündə 2 dəfə yarım saat (30 dəqiqə) limon şirəsinin içində saxlamaq lazımdır.
Limon şirəsi əlavə olunmuş su ilə saçları yaxalamaq onlara parıltı və həcm verəcək.
Limon üzdəki qırışları hamarlaşdıraraq dəriyə cavanlaşma effekti verir. Bunun üçün bir sıra maskalar tətbiq edilir. Bu meyvə sadəcə üz üçün deyil, eyni zamanda ayaqlar üçün də faydalıdır. Limon şirəsi əlavə olunmuş iliq su vannası ayaqlardan yorğunluğu götürməyə kömək edir.
Olduqca faydalı meyvə hesab edilən limonun əks təsiridə vardır. Əgər sizin adi allergiya və yaxud məhz sitrus meyvələrinə, C vitamininə qarşı allergiyanız varsa o zaman onu nə yeyə, nə də şirəsindən içə bilərsiniz. Mədə  və bağırsaq xorası, qastrit zamanıda limon haqqında unutmaq məsləhətdir. Məsələ ondadır ki, bu sitrus mədə şirəsinin ifraz fəaliyyətini sürətləndirir, o da pz növbəsində qıcqırmalar, spazma və ağrılara səbəb olur. Həddindən artıq turş sitrusun qəbulu diş emalına zərər gətirər.
Milli.Az

Xəbərlər     Baxılıb: 1175   Tarix: 19 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

hamiləlik toy makiyajlari toy makiyaji sekilleri bürclər nişanlılıq bayatilar evlilik kosmetika bahar sirin qogal burclerin uyumu qogal qiz burcu