Limonun faydası

Limonun faydasıLimon hipo, avitominozda və aterosklerozda profilaktik müalicə vasitəsidir. 18-ci əsrdə İngilis donanmasında uzun səfər zamanı matroslara gündə 30 q limon şirəsi qəbul etmək məcburi sayılırdı ki, bu da onları sinqa xəstəliyindən qoruyurdu. Keçən əsrdə limonu taun xəstəliyindən qoruyan və ilan zəhəri əleyhinə vasitə hesab edirdilər. Qafqazda belə bir qədim əfsanə var ki, hökmdarın sevimlisi ağılsız hərəkət edərək qəzəbə düçar olur və həbsxanaya düşür. Ona həbsxanada yemək üçün dadına görə yemək seçməyi təklif edirlər. Məhbus limon seçir və hamının təəccübünə səbəb olur. O deyir ki, limonun qoxusu (ətri) şadlandırır, qabığı və toxumları ürəyə faydalıdır, limonun ləti qidadır, şirəsi isə susuzluğu yatırır.

Şərq təbabətində limon qara və ağciyər xəstəliklərini sağaldan, müxtəlif zəhərlənmələrdə zəhər əleyhinə gözəl vasitə hesab edilirdi. İbn Sina ürək xəstəliklərində limonu ən yaxşı vasitə sayırdı, hamilə qadınlara və sarılıq xəstəliyinə tutulmuşlara məsləhət görülürdü. Ürək xəstəliyində, bədənin müəyyən hissələrinin şişməsində, sidikdaşı xəstəliyində, mədə şirəsinin turşuluğu az olanda, avitaminozda, babasildə, vərəmdə, radikulitdə, vodyankada (bədən boşluğunda su yığılması) limon şirəsi məsləhət görülür. Limonun şirəsi paltar və süfrədəki, çəngəl və bıçaqdakı ləkələri təmizləyir.

Kosmetikada limon geniş istifadə edilir. Yumurtanın ağı, limonun şirəsi, qliserin və odekolon qarışığı üz dərisini yumşaldır, ağardır və ləkələri təmizləyir. Üzün dərisi yağlı olanda 1:1 nisbətində limon şirəsi və odekolon qarışığı məsləhət görülür.

Dəridə göbələk xəstəliyi olan yerlərə limon şirəsi çəkmək.

Başın dərisi quru olanda və saç töküləndə başı yuduqdan sonra 1 litr isti suya 2 çay qaşığı natural limon şirəsi töküb başı yaxalamaq, bu saçların tökülməsinin qarşısını alır.

Limonu qabığı ilə birlikdə ət çəkən maşından keçirtmək və bal ilə qarışdırmaq, bu qarışıq öskürəyə qarşı çox faydalıdır. Bu məqsədlə yarım limonu yavaş-yavaş çeynəmək, sonra isə bir saat heç nə yeməmək və içməmək, belə olduqda limon turşusu boğaza yaxşı təsir göstərir. Bu müalicəni üç saatdan sonra təkrar etmək lazımdır. Limonun istifadə reseptləri.

Hipertoniya xəstəliyinin başlanğıcında və qan təzyiqi tez-tez qalxanda limonu yumaq tumlarsız, qabıqlı sürtkəcdən keçirdib 2 hissə limon sıyığına 1 hissə şəkər qatmaq. Yeməkdən qabaq gündə 3 dəfə 1 çay qaşığı qəbul etmək.
Hipertoniyada limon qabıqlarını qurutmaq və xırdalamaq (üyütmək). Bu tozdan 2 x.qaşığı götürüb üstünə 2 stəkan su töküb bağlı qabda zəif odda 30 dəq. bişirmək, soyutmaq və süzmək 0,5 stəkan yeməkdən 30 dəq. qabaq gündə 3 dəfə qəbul etmək.
Təzyiqi aşağı salmaq üçün: 2 limon, 50 ədəd qoz ləpəsi və 0,5 kq kişmiş götürmək, limonu toxumlardan təmizlədikdən sonra bunların hamısını ət maşınından keçirtmək və yaxşı qarışdırmaq. Bu komponentlərə 0,5 kq qaysı da qatmaq olar. Yeməkdən sonra gündə 3 dəfə 1 x.qaşığı qəbul etmək.
Cavanlıq eliksiri: 10 ədəd limon, 10 baş sarımsaq, 1 kq bal götürmək, limonu və sarımsağı təmizləmək limonların şirəsini çıxartmaq, sarımsaqları isə ət maşınından keçirtmək. Bunların hamısını bir yerə qatıb bir həftə bankada saxlamaq. Bu hamıya məsləhət görülür. Təngənəfəs olanda da kömək edir. Gündə 1 dəfə yeməkdən 20-30 dəq. qabaq 4 çay qaşığı qəbul etmək. Hər sonrakı qaşığı qəbul edərkən 1-2 dəq. fasilə etmək (ağızda sormaq).

Həddən artıq yorğunluqda (üzülmədə) bir qədər limon şirəsinə 1 ç. qaşığı bal əlavə edib 0,5 stəkan suda həll edib gecə içmək.

Podaqra (duz yığılması) xəstəliyində orta ölçülü 11 ədəd limonun toxumlarını çıxardıqdan sonra ət maşınından keçirtmək. Alınan kütləni 1 kq bal ilə yaxşı qarışdırıb soyuducuya qoymaq. Yeməkdən qabaq gündə 3 dəfə 1 x.qaşığı qəbul etmək.

İnfarktın profilaktikasında 1 limonu qabıqlı sürtkəcdən keçirtmək, 1-2 baş sarımsağı sarımsaqəzəndən keçirtmək, limon və sarımsağı bir bankaya töküb üstünə 0,6 litr su əlavə etmək, qarışdırıb 3-4 gün saxlamaq, süzmək. Səhər acqarına 50 ml qəbul etmək. Bir kursa 4 kq limon tələb olunur.

Diffuzion zobda limon və portağalı toxumsuz qabıqlı sürtkəcdən keçirdib, öz zövqünə görə şəkər qatıb soyuducuda saxlamaq. Yeməkdən 30 dəq. qabaq gündə 3 dəfə 1 x.qaşığı qəbul etmək.

Qəbizlikdə hər səhər acqarına 1 ç.qaşığı limon şirəsi, 1 ç.qaşığı duru bal və 1 xörək qaşığı zeytun yağını qarışdırıb içmək çox faydalıdır.

Ağciyər iltihabında 10 ədəd limon, 6 ədəd ağ qabıqlı yumurta, 300 qr çökə balı və ½ stəkan konyak götürmək. Yumurtaları yaxşı-yaxşı yumaq və onları qabıqlı bankaya qoyub üstünə limonların sıxılmış suyunu tökmək. Bu halda yumurtanın qabığı həll olana qədər, yəni 6-8 gün saxlamaq. Bundan sonra əgər bal qatıdırsa, onu durulana qədər qızdırmaq. Duru balı süzmək yumurta və limon şirəsi olan bankaya tökmək. Bunların üstünə ½ stəkan konyak tökmək. Bütün bu qarışığı yaxşı qarışdırıb tünd (qara) rəngli bankaya tökmək. Soyuducuda bir aydan çox olmayaraq saxlamaq olar.

Bu qatışıqdan 1 x.qaşığı gündə 3-4 dəfə yeməkdən sonra qəbul etmək. Bu mikstura həm müalicə və həm də zəif ciyərlər üçün profilaktika vasitəsidir.

Qripdən qorunmaq üçün 2 limonu sürtkəcdən keçirdib (tumlarını çıxartmaq lazımdır), 2 baş təmizlənmiş və əzilmiş sarımsaqla qatmaq. Alınan bu qarışığa 1 litr qaynanmış su töküb 3 sutka qaranlıq yerdə saxlamaq. Bu həlimi süzmək və soyuducuya qoymaq. Yeməkdən qabaq gündə 3 dəfə 1 x.qaşığı qəbul etmək.

Titrətmə - qızdırma xəstəliyində limon meyvəsi və onun şirəsi susuzluğu yatırmaq üçün qəbul edilir.

Atrosklerozda. 3 ədəd limonun suyunu sıxmaq. 300 qr təmizlənmiş sarımsağı ət maşınından keçirtmək. Bunları bankaya töküb ağzını tənziflə bağlamaq. Bu qatışıqdan 1 ç.qaşığı götürüb 1 stəkan suya töküb içmək. 10-15 gün qəbul etdikdən sonra adam özünü yaxşı hiss edir, yaddaş yaxşılaşır və iş qabiliyyəti yüksəlir. Xalq arasında bu resept orqanizmi ümumi möhkəmləndirən və skleroz əleyhinə vasitə kimi qiymətləndirilir.

Öd daşını həll etmək. 0,5 stəkan limon şirəsini 0,5 stəkan zeytun yağı ilə qarışdırıb gecə içmək. Bu əməliyyatı bir ay ərzində azı 5 dəfə etmək. Öd daşları öd yollarında və öd kisəsində deyil, bağırsaqlarda həll olub nəcislə xaric olur.

Beyin qişalarının iltihabında daim limon şirəsinə bal qatıb içmək.

Dişlərdə daş əmələ gəlməməsi üçün çoxlu limon yemək lazımdır.

Xarici və orta qulaq iltihabında limon şirəsindən hər qulağa 2-5 damcı gündə 2-3 dəfə tökmək.

Piyli kök adamlar tez-tez təngənəfəslikdən əziyyət çəkirlər. Təngənəfəslikdə istifadə edilən qədim xalq resepti: 10 limon şirəsini, 10 baş sarımsağın əzilmişini və 1 kq balı yaxşı qarışdırmaq. Ağzı bağlı qabda qaranlıq sərin yerdə 7 gün saxlamaq və tez-tez qarışdırmaq. Gündə 1 dəfə 4 çay qarışığı yavaş-yavaş tələsmədən udmaq. Fasilə etməmək. Bu qatışıq 2 aya çatır. Lazım gəlsə 1 ay fasilədən sonra kursu təkrar etmək.

Müasir elm sübut edib ki, limon və sarımsaq bir çox xəstəliklərdə xeyirlidir. Belə ki, sarımsaqdakı fitonosidlər vərəm və sairə mikrobları məhv edir.

Resept: 4 ədəd yetişmiş limon (imkan daxilində nazik qabıq) qaynar su gəzdirib şirəsini çıxartmaq, toxumlarını və arakəsmələrini ət maşınından keçirtmək. 4 baş orta sarımsaq götürüb, təmizləyib ət maşınından keçirtmək. Əzilmiş limon və sarımsağı bir qaba töküb üstünə 2 litr qaynanmış soyuq su töküb tənziflə bağlayıb 2 sutka soyuducuya qoymaq. Bundan sonra süzüb 2 litrlik balona töküb kip qapaqla bağlayıb soyuducuda saxlamaq. Səhərlər yeməkdən 30 dəqiqə qabaq isti 50 qr (¼ stəkan) qəbul etmək. Müalicə kursu 40 gündür. Əgər lazım gəlsə, 2 həftə fasilədən sonra yenə qəbul etmək.

Sklerozun profilaktikasında "gənclik eliksiri" məsləhət görülür.

Resept: 1 hissə limon şirəsini, 2 hissə bal və ½ hissə günəbaxan yağı ilə qatıb səhər acqarına 1 xörək qaşığı içmək.

Anginada çox miqdarda limonu yumaq və qabıqlı bir-bir yemək.

Orqanizmi cavanlaşdıran balzam (özbək xalq təbabəti): 10 ədəd limonun qabığını təmizləyib, şirəsini çıxartmaq. 10 baş saımsağı təmizləmək sarımsaqəzəndə əzmək. Bütün bunları 1 kq bal ilə qarışdırmaq. Bu balzamdan gündə 3 dəfə 1 çay qaşığı yeməkdən qabaq qəbul etmək, ağızı və dişləri yumaq.

Eşitməni yaxşılaşdırmaq üçün hər gün ¼ limonu qabıqlı yemək lazımdır.

Damarları təmizləmək üçün:

Resept: 4 baş sarımsaq, 4 ədəd limon. Bunları təmizləyib qabıqlı ət maşınından keçirtmək və 3 litr bankaya tökmək. Dolana qədər isti qaynanmış su töküb 3 gün dəmləmək (saxlamaq) tez-tez qarışdırmaq. Sonra süzüb 75-100 qr. gündə 3 dəfə içmək.

Limfanın tərkibini yaxşılaşdırmaq üçün!

100 ml qliserin (aptekdə olan)

2 limon orta ölçülü

100 qr. may balı.

Limonu qaynar suya salıb qabıqlı sürtkəcdən keçirtmək, sonra bütün bunları balı-qliserini-limonu qarışdırmaq. 3 həftə yeməkdən 1,5 saat sonra 1 x.qaşığı 3 dəfə qəbul etmək.

Öskürəyə qarşı Amerika xalq təbabətindən bir ədəd limonu 10 dəqiqə sakit odda bişirmək. Bişmiş limonu yarı bölüb sıxıb şirəsini çıxartmaq və stəkana tökmək. Limon şirəsinin üzərinə 2 tam dolu xörək qaşığı qliserin əlavə etmək. Stəkanda limon şirəsi ilə qliserini yaxşı qarışdırmaq və stəkan dolana qədər bal tökmək. Nadir halda öskürəndə bu siropdan gün ərzində 1 çay qaşığı qəbul etmək. İstifadə etməzdən qabaq bu sirop qarışdırılmalıdır. Əgər öskürək sizi gecə narahat edirsə, onda 1 çay qaşığı gecə yatmamışdan qaban və birini də gecə oyananda qəbul etmək. Əgər siz güclü öskürürsünüzsə, səhər yataqdan duran kimi 1 çay qaşığı, nahara qədər 2-ci çay qaşığı, nahardan sonra 3-cü çay qaşığı, ikindi vaxtı (axşamüstü) 4-cü çay qaşığı, axşam yeməyindən sonra 5-ci çay qaşığı və yatmamışdan qabaq 6-cı çay qaşığı qəbul etməli. Öskürək azaldıqca siropun qəbulu da azaldılır. Bu öskürəyə qarşı ən səmərəli vasitədir, belə ki, başqa öskürək dərmanları mədəni qıcıqlandırır. Başqa öskürək dərmanları kömək etmədikdə, bunu uşaqlara və böyüklərə məsləhət etmək olar.

Sağlamlıq     Baxılıb: 13322   Tarix: 04 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Kişiləri razı salan intim elementləri - Həm sağlamlıq, həm həzz

Çoxlarının düşündüyünün əksinə olaraq, kişilər hər saniyə seks xəyal etmir və cinsi əlaqə zamanı təkcə boşalmağı arzulamırlar. Həm də yataqdakı həzzi uzatmaq və müxtəlif cinsi fantaziyaları sınamaq istəyirlər. Dünyanın

turlar.az

sonxeber.az qis geyimləri 2024 hamilelikde qidalanma gozel gorunmek yemək resepti dibcekler günel facebook infeksiya toyuq salati atalar sozu xanim az novruz hakisdalari babasil