"Maaşını tələb edəndə "problemli aktyor" titulunu alnına yapışdırırlar"

"Maaşını tələb edəndə "problemli aktyor" titulunu alnına yapışdırırlar""Son 5 ildə qiymətlər beş dəfə qalxıb, amma film, serial sektorunda hələ də irəliləyiş yoxdur! Təklif gələndə çox yox, son 5 illə müqayisədə, bir az artıq maaş tələb edirsən və 5 il də işsiz qalırsan".
Open.az xəbər verir ki, bu sözləri tanınmış teatr və serial aktyoru Səmimi Fərhad sosial şəbəkədə yazıb.
S. Fərhad aktyorların aldığı qonorarın azlığından şikayətlənib: "Təklif olunan maaşla razılaşıb işləsən belə, onu da vaxtında almırsan, tələb etdikdə isə "problemli aktyor" titulunu alnına yapışdırırlar. Şirkətlər, kanallar işimizi sevdiyimizdən, başqa bir məşğuliyyətimiz olmadığından istifadə edərək az məbləğə işlədiblər və sonda qadağa qoyublar. Üzləri ağ olmuş həmkarlarımızda da o birlik yoxdur ki, ömürlük əziyyət çəkməkdənsə, bir az əziyyət çəkib vəziyyəti düzəldələr. Meydanda tək qalırsan! Bizimlə işləmək istəyib də, işləməyən rejissorları da qınamıram. Ağa deyir sür dərəyə, sürür dərəyə".
O, 4 ildir ki, Xəzər TV-nin "qara siyahı"sında olduğunu söyləyib: "2016-cı ildən Xəzər TV-də qadağam var. "Cehizsiz gəlinlər" serialında 3 ay bir qara qəpik də maaş almadan işlədim. Baş rola təsdiqləndiyim "Nar bağı" adlı bədii filmin iş planını serialın müqaviləsinə əsasən, hətta bir aydan da əvvəl komandaya təqdim etdim. Serialdan ayrılanda isə 3 aylıq maaşımı aldım! Baxmayaraq ki, İslam adlı şəxs tərəfindən məhkəmə ilə bundan sonra səni heç kim çəkməyəcək kimi sözlərlə hədələnirdim.
Və eləcə də digər prodakşnlarla da eyni problemlər... Əlqərəz, bu köhnə məsələləri açmağımda məqsədim "köhnə hamam, köhnə tas" məsəlini yadınıza salmaqdır. Ataların başqa bir yaxşı məsəli də var: "Aclıq bir il gedər, töhmət min il". Odur ki, sözügedən şirkətlərə ehtiyacım yoxdur! Hər şeyin geci, tezi var". /open.az

Şou Biznes     Baxılıb: 1903   Tarix: 14 fevral 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

.

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib. Sənətçinin səhhətində problem yaranıb. İlkin məlumata əsasən, onun arterial təzyiqinin yüksəlib. Onun xəstəxanaya yerləşdirilməsinin dəqiq səbəbi hələlik məlu

.

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

.

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

.

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

.

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

.

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

.

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

.

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

turlar.az

makiyaj instagram sade makiyaj sekilleri sac duzumleri ciyer qovurma dunyanin gozellikleri zire yagi sac ucun xina qoymaq qaydasi kosmetika ariqlamaq babasil faydalı məsləhətlər gozde olar novruz bayramina aid