Mal ürəyi yemək hansı xəstəliklərdə faydalıdır?

Mal ürəyi yemək hansı xəstəliklərdə faydalıdır?Rusiya və Yaponiya universitetlərinin araşdırmaçıları sübut edib ki, dana ürəyini yeyən siçanlarda qanda xolesterinin səviyyəsi və çəkiləri azalıb. Təcrübənin müəllifləri qeyd edir ki, ət sənayesində zibilə atılan mal-qara ürəyindən ateroskleroz xəstələri üçün BAD-lar hazırlamaq olar.
Milli.Az xəbər verir ki, eksperimentdə 50 erkək laboratoriya siçanı istifadə olunub. 52 gün ərzində onlara ateroskleroz yaradacaq qidalar verilib, qaldıqları otaqda oksigenin səviyyəsi azaldılıb, həmçinin stressə məruz qoyulub. Nəticədə gəmiricilərin çəkisi artmış, qanda xolesterinin miqdarı artmışdı.
Sonra bu siçanları 2 qrupa bölüblər: 1-ci qrupda adi qidalanma rejimi seçilib, digər qrupun qidasına isə dana və donuzun ürək və aortasında hazırlanmış əlavələr qatılıb. 14 gün sonra hər iki qrupdan qan analizi götürülür.
Məlum olub ki, qidasında aorta və ürək toxumaları olan siçanlarda çəkidə dəyişiklik olmayıb, əksinə azalma baş verib, qanda yapışqanlı zülal və xolesterinin miqdarı da azalıb. Və bu siçanlarda ateroskleroz əlamətləri də itməyə başlayıb. Həmçinin siçanlarda iltihabi proseslərə səbəb olan immun hüceyrələrinin də sayı kəskin azalmışdı.
Ona görə də alimlər heyvan ürək və aortasının toxumalarının ateroskleroz xəstələri üçün uyğun olduğu qənaətinə gəlib. Əgər belə tərkibdə BAD hazırlansa, aterosklerozun profilaktikasında da uğurla tətbiq oluna bilər.
Biz isэ bu BAD preparatınжт nə vaxt istehsal olunduğunu gözləmədən, mal ürəyini bişirib yeyə bilərik. Çünki Avropa ölkələrindən fərqli olaraq, bizdə mal-qara içalatını yemək ənənəsi var. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1187   Tarix: 23 yanvar 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

qaşların formalari hamiləlik aksessuarlar yay geyimleri faydalı məlumat toy ideyalari hepatitlər kosmetika banan video balıq muellim seiri burclər