Mama-ginekoloq qeysəriyyə əməliyyatının fəsadlarını açıqladı

Mama-ginekoloq qeysəriyyə əməliyyatının fəsadlarını açıqladıQeysəriyyə əməliyyatı etdirən qadın üç dəfədən artıq dünyaya uşaq gətirə bilməz.
Bunu Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova deyib.
Onun sözlərinə görə, qeysəriyyə kəsiyinin bir çox fəsadları var:
"Türkiyədə qeysəriyyə kəsiyi 67 faiz təşkil edir. Avropa ölkələrində də bu əməliyyat 50-57 faizdir. Azərbaycanda bu əməliyyat 25-27 faiz arası tərəddüd edir. Bu da orta Avropa rəqəmlərinə uyğundur. Amma biz çalışırıq ki, bu rəqəmləri aşağı salaq.
Qeysəriyyə əməliyyatı etdirən qadın üç dəfədən artıq dünyaya uşaq gətirə bilməz. Çünki uşaqlıq özü balacadır. Hər dəfə eyni yer kəsilir və tikmək üçün kəsik toxumasına yer olmur".
Sevinc Məmmədova bildirib ki, qadın təbii yolla dünyaya uşaq gətirirsə, uşaqlığının daxili qat səthi hamar olur:
"Yenidən hamilə qalan zaman mayalanmış yumurta uşaqlıqda normal şəkildə inkişaf edir. Uşaqlıq üzərində çapıq olanda mayalanmış yumurta ora yaxın əraziyə də yapışa bilər. Cift çapığın içinə daxil olub, sidik kisəsinə kimi gedə bilir.
Bu zaman mərkəzi cift gəlişi olur. Belə hallarda çox vaxt təhlükəli, qanaxmalı doğuş baş verir. Bəzi hallarda cift gəlişindən qadınları itiririk. Ötən il ana ölümünün ikisinin səbəbi mərkəzi cift gəlişinin çapığından idi. 2017-ci ildə 21 ana ölümü cərrahi yolla doğan qadınlarda olub. Əhalidə belə bir anlayış var ki, qarındır, açıldı, uşağı götürdülər, tikdilər və bununla iş bitdi.
Niyə 8-10 saat əziyyət çəkib, uşaq dünyaya gətirim? Bunlar başa düşmürlər ki, uşaq doğulan zaman doğum yollarını asta-asta keçir və qadın ana ölümündən qat-qat uzaqlaşır. Uşaqlığı qeysəriyyə edən zaman beş-altı qat kəsirik. Sonra da onu qat-qat tikirik. Təbii doğuşda isə  qadında kəsik olmur, damara toxunulmur və rahat şəkildə uşaq doğulur".
Baş mama-ginekoloq qeyd edib ki, ilk hamiləliyində qeysəriyyə ilə doğan qadın digərlərini təbii doğuşla dünyaya gətirə bilər:
"Amma bunun üçün bəzi şərtlər var. Bu doğuş yalnız üçüncü səviyyəli doğuşa yardım müəssisələrində idarə edilməlidir. Bakıda bu, Perinatal Mərkəzdə, Elmi-Təqiqat Mamalıq və Ginekologiya İnstitutu və Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında həyata keçirilir. Təkrar qeysəriyyə əməliyyatı zamanı uşaq əkizdirsə, 38, təkdirsə, 39 həftəliyindən doğuş reallaşmalıdır.
Bəzən qadınlar təbii yolla doğuş edir və uşağın 40 günü çıxdıqdan sonra yenidən hamilə qalırlar. Əslində, düzgün deyil, amma qeysəriyyə kəsiyi olmadığı üçün doğa bilər".
"Bəzi qadınlar var, deyir ki, mən qeysəriyyə edəcəm ki, cinsiyyət orqanımda dəyişiklik olmasın. Bu, düzgün deyil. Alimlər də sübut edib ki, doğan və qeysəriyyə əməliyyatı edən qadınlarda uşaqlıq yolundakı sallanmalar eyni faizdədir", - deyə Sevinc Məmmədova qeyd edib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1324   Tarix: 25 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

qaşların formalari hamiləlik aksessuarlar yay geyimleri faydalı məlumat toy ideyalari hepatitlər kosmetika banan video balıq muellim seiri burclər