Marketlərdən sarı yumurtalar yığışdırılır - SƏBƏB

Marketlərdən sarı yumurtalar yığışdırılır - SƏBƏBDünyada ən çox istehlak edilən qidalardan biri olan yumurta, əsasən ağ və qəhvəyi rənglərdə satışa çıxarılır. Uzun müddətdir bu iki növ arasında hansı daha sağlamdır sualına cavab axtarılsa da, mütəxəssislər bu rəng fərqinin sağlamlığa təsir etmədiyini bildirirlər.
Milli.Az xəbər verir ki, bir neçə ay əvvəl Almaniya Yumurta İstehsalçıları Federal Birliyi qəhvəyi yumurtaların istehsalına məhdudiyyət tətbiq etmək barədə qərar qəbul edib. İlk olaraq bu qərarın sağlamlıqla əlaqəli olduğu düşünülsə də, bu addımın iqtisadi cəhətdən atıldığı üzə çıxıb. Bu qərar Niderland, Belçika və Fransa kimi ölkələrdə də tətbiq edilməyə başlayıb.
Qeyd edək ki, yumurtanın rəngi toyuğun cinsi ilə bağlıdır. Toyuqların qulaqcığının rəngi onların ağ, ya da qəhvəyi yumurta qoyacağını əvvəlcədən göstərir. Araşdırmalara əsasən, ağ yumurta verən toyuqlar həm daha az yem yeyir, həm də daha məhsuldar olur.
Almaniya Yumurta İstehsalçıları Federal Birliyinin rəhbəri Henner Schönecke bildirib ki, ağ yumurtaların istehsalı həm daha ucuz başa gəlir, həm də toyuqlar daha uzunömürlü olur. Bu da fermerlərə daha uzun müddət məhsul almağa imkan verir.
Mütəxəssislərin fikrincə, ağ və qəhvəyi yumurtaların insan sağlamlığına təsiri baxımından heç bir fərqi yoxdur. Amma iqtisadi üstünlüklərinə görə, gələcəkdə qəhvəyi yumurtaların bazardan tamamilə çəkilə biləcəyi ehtimal edilir.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1617   Tarix: 21 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Düzgün oturuş qaydası onurğanın təbii əyriliyini qoruyur və tez yorulmanın qarşısını alır. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Travmatologiy

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

kosmetika mehsullari qadin dunyasi makiyaj etmek qaydalari gəlin qaynana hüquq və qadın haqları intim hekayələr capiq ucun maz kosmetika janrlar xerçeng insan paxlava vətənə aid bayatılar