Maşında ŞOK NƏTİCƏ: Rauf Mehribana qarşı çıxdı və... (VİDEO)
ATV-də "Xanımlar və cənablar" devizi ilə yayımlanan "Maşın" şounun növbəti buraxılışı baş tutub.
BAKU.WS xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar müğənni Rauf Əhmədovu SMS səsverməsinə çıxarıblar. O, şəklinin atılacağından əvvəlcədən xəbərdar olduğunu bildirib və əvvəlcədən elan etdiyi kimi Mehriban Xanlarovanı hədəf seçib.
Gözündə qara eynəklə efirə çıxan Mehriban Xanlarova hədəf seçilməyinin ona pis təsir etdiyini bildirib. "Dünən Rauf Vüsalə Kərimovanı çıxaracağını demişdi. Amma sonradan fikrini dəyişməsi məni bu eynəyi taxmağa vadar etdi".
Xatun hesab edir ki, Elşad Xose Raufu fikrini dəyişməyə vadar edib. "Çünki Rauf bu gün yox, sabah səsverməyə çıxacağını açıqlamışdı".
Elşad Xose Raufu qabağa verdiyini etiraf edib. Hətta efirdən öncə çəkilən sujetdə də bu ssenarinin Elşad Xose tərəfindən hazırlandığı bəlli olub. Eışad Xose sabah Talıb Talenin, biriusi gün isə özünün SMS səsverməsinə çıxacağını deyib. O, Raufla təklikdə qalanda ya qızlardan birni, ya da Talıbı çıxaracağını deyib.
Veriliş boyu Mehriban Xanlarova dəfələrlə Raufdan hədəfini dəyişməyi xahiş etsə də, o qərarından dönməyib. Lakin tamaşaçılar fikrilərini dəyişdilər. 49,54 faiz tamaşaçı Raufun qalmasına, 50,46 faiz tamaşaçı isə onun getməsinə səs verib. Beləliklə də Rauf üçün maşın əldən getdi. O bütün iştirakçılarla, xüsusilə də Mehriban Xanlarova ilə çox səmimi və mehribancasına görüşərək studionu tərk edib.
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin