"Maşının nömrəsi ilə ölüm tarixi eyni oldu" - Telman Adıgözəlovun oğlu - VİDEO - FOTO

"Maşının nömrəsi ilə ölüm tarixi eyni oldu" - Telman Adıgözəlovun oğlu - VİDEO - FOTOARB TV-nin "Bu qədər" proqramının növbəti buraxılışında mərhum xalq artisti Telman Adıgözəlovun həyatından danışılıb.

Xanim.az milli.az-a istinadən bildirir ki, xalq artistinin sənət dostları, qohumları və ailə üzvləri onunla bağlı xatirələrindən danışıb:

Hacı İsmayılov - Xalq artisti: "Telman adı kimi özü də gözəl idi. Biz ona adı gözəl, özü gözəl Telman deyirdik. Həmişə insanlara qəribə əhval-ruhiyyə bəxş edərdi".

Tural Adıgözəlov - Oğlu: "Hər bir insanla ünsiyyət qura bilirdi. Atam çox sadə, səmimi, hər şeyin yerini bilən ciddi biri idi. Onun üçün həyat tamaşası daha vacib idi. Uşaq vaxtı Balakəndə yıxlıb qolunu yaralamışdı. Nənəm onu çimizdirəndə qolundakı yara başlayıb çirk etməyə. Həkimə aparıblar müalicə ediblər, amma qolu sağalmayıb. Deyiblər qolu çürüyəcək. Balakənin də torpağı rütubətli olduğu üçün sırf atamın qoluna görə Bakıya köçüblər. Bakıya köçməkləri də bir qismət imiş. Atam gəlib Bakıda aktyor oldu. Övladlarının heç bir xeyir işini, nəvələrini görə bilmədi. O vaxt köhnə maşın nömrəsi uzun müddət 57, 00 olub. Ölüm tarixi ilə təsadüf edir. Amma sırf 57 rəqəmindən qorxduğu barədə özündən heç nə eşitməmişəm".

Cavid Telman - Tələbəsi: "Telman müəllim dərs başlayandan bitənə qədər bizə, sadəcə, dərsi deyil, eyni zamanda, həyat dərsini də öyrədirdi. O, heç vaxt heç kimin xətrinə dəyməzdi".

Səfa Mehdi - Tələbəsi: "Məncə, o, özünü həyatda aktyor saymırdı. Həyatda yaxşı insan, səhnədə isə yaxşı aktyor idi. Məncə, o, fərqləri bilən adam idi. İnanmıram ki, o, hansısa yerdə aktyorluq edərdi".

Samir Adıgözəli - Qohumu: "Telman Adıgözəlov əgər aktyor olmasaydı, bu gün o tanınmış ictimai xadim olardı".

Qeyd edək ki, Telman Adıgözəlovun vəfatından 9 il ötür.

]

Şou Biznes     Baxılıb: 2291   Tarix: 06 may 2019
f Paylaş

Oxşar xəbərlər

.

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

.

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

.

Məşhur aktyorun film çəkilişində bıçaqlı insident

Hollivud ulduzu Maykl B. Cordanın baş rolda çəkildiyi "Miami Vice 85" filminin çəkiliş meydançasında bıçaqlı insident baş verib. Hadisədən sonra bir nəfər saxlanılıb. Bu barədə "Habertürk" Nyu-York polisini

.

Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto

Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. İfaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə

.

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

.

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

.

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

.

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

.

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

turlar.az

yemek reseptleri yay kolleksiyasi makiyaj instagram janrlar sizanaqlara qarsi vasite aylıq bürclər gözəllik kosmetika vətənə aid atalar sözləri qoğalın nağlı qadin saglamlig zencefil zehmet ve zinet