Maska taxanların əsas səhvləri açıqlandı
Hazırda insanlar maskaları sağlamlığı qorumaq və koronavirusdan müdafiə olunmaq üçün deyil, ictimai nəqliyyatdan istifadə edərkən, mağazalara gedərkən cərimə olunmamaq üçün istifadə edirlər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyada LOR klinikasının rəhbəri, tibb elmləri namizədi Vladimir Zaytsev bildirib.
Onun sözlərinə görə, maska çənəni deyil, burun və ağzı örtməlidir.
"Maskanı səhv taxmaq koronavirus infeksiyasına yoluxmaya gətirə bilər", - deyə o xəbərdarlıq edib.
Həkim bir maskanın maksimum bir neçə saat taxıla biləcəyini qeyd edib.
"Ancaq bəzi insanlar eyni maskanı həftələrlə taxırlar", - deyən həkim bu yanaşmanın səhv olduğunu açıqlayıb.
Zaytsev qeyd edib ki, ictimai nəqliyyatda tutacaqdan tutulubsa, domofon, lift və ya bankomatdakı düymələr basılıbsa, üzə, buruna və ya gözlərə əllərlə toxunmaq olmaz.
Onun sözlərinə görə, insanların başqa bir səhvi mağazalar, ticarət mərkəzləri və digər ictimai yerlərdə nadir hallarda əl sanitayzerlərindən istifadə etmələridir.
Bununla belə, o, sosial məsafənin saxlanılmamasını ən böyük səhv adlandırıb.
Milli.Az /news.milli.az









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Cavid Məmmədov Andrey Malaxovun verilişinin qonağı oldu
Akif İslamzadənin vəziyyəti necədir?
Çirkli hava piylənmə yaradır? - Maraqlı araşdırma
"Avroviziya" şərhçilərimiz onlar olacaq
Nəsrinin ikinci gəlinliyi - Fotolar
Bu ölkədə daha bir nəfərdə hantavirus aşkarlandı
Daha bir ölkədə hantavirus aşkarlandı
Yusuf Güney həbs olundu
Məşhur aktyor xərçəngdən vəfat etdi - FOTO
Məşhur aktrisa Fələstin üçün yeni şirkət quracaq