Maskanı düzgün taxmamağın təhlükəli nəticəsi açıqlanıb
"Üzə möhkəm yapışmayan maska göz quruluğuna və görmə qabiliyyətinin pisləşməsinə səbəb ola bilər".
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskva poliklinikasının baş həkimi Denis Serov bildirib.
Onun sözlərinə görə, maska üzə möhkəm yapışmayanda tənəffüs prosesində çıxan hava əsasən yuxarıdan çıxır və göz yaşı plyonkasının vaxtından əvvəl buxarlanmasına səbəb olur.
"Bu vəziyyət, bir qayda olaraq, narahatlıq şəklində hiss olunur və bir çox hallarda görmə kəskinliyinin azalmasına və hətta korneanın (gözün şəffaf təbəqəsinin) zədələnməsinə səbəb ola bilər", - mütəxəssis vurğulayıb.
O, birdəfəlik maskanı iki-üç saatdan çox olmamaq şərtilə üzə yaxşı oturdulmuş formada geyməyin zəruri olduğunu qeyd edib. Gözdə problem yarandıqda həkim təbii göz damcılarına əsaslanan nəmləndirici damcılardan istifadəni tövsiyə edib, görmə qabiliyyətinin getdikcə pisləşməsi halında isə təcili olaraq ixtisaslaşmış yardıma müraciət etməyin zəruri olduğunu bildirib.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir