Mayası 3-4 manat olan dönər necə olur ucuz satılır? - Zəhərə dönən dönər ARAŞDIRMASI

Mayası 3-4 manat olan dönər necə olur ucuz satılır? - Zəhərə dönən dönər ARAŞDIRMASIDekabrın 13-ü səhər Azərbaycanın xəbər məkanını bu xəbər zəbt etdi: "Bakıda, "28 May" metrostansiyası yaxınlığında yerləşən "Dönər Market"də zəhərlənmə baş verib".
Həmin ərazidə dönər alan 8 nəfər zəhərlənmə əlamətləri ilə Kliniki Tibbi Mərkəzə müraciət edib. Zəhərlənənlərdən biri qadın, 7-si kişi olub...İki il əvvəl isə paytaxtın Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21-də yerləşən "Köz dönər" kafesində dönər yeyən 7 nəfər zəhərlənmə diaqnozu ilə yenə Kliniki Tibbi Mərkəzə aparılmışdı...
Milli.Az lent.az-a istinadən bildirir ki, bu tip dönərdən zəhərlənmələr təkcə Bakıda baş vermirdi. Məsələn, həmin il Tovuz rayonunda 2 nəfərin dönərdən zəhərlənməsi faktı qeydə alınmışdı. İlin sonuna yaxın isə Sumqayıtda dönərdən kütləvi zəhərlənmə halı olmuşdu. O vaxt 4 gənc qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
Dönər - bir "fast-food" yeməyidir. Yəni bütün "fast-food"lar kimi tez hazırlana bilən yemək növü olub, xüsusi yeməkxanalarda - gəlin onu dönərxana adlandıraq - verilir.
Hələ 2012-ci ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə "Dönər-kabab Ümumi texniki şərtlər" dövlət standartı təsdiqlənib. Bu standart ictimai iaşə müəssisələrində ətdən xüsusi avadanlıqlarda xüsusi texnologiya üzrə hazırlanan və bilavasitə istehlakçıya satılan dönər-kabablara şamil edilir.
Standarta əsasən, hazırlandığı ətin növündən və bir-biri ilə qarışdırılma vəziyyətinə görə dönər bir neçə növdə istehsal oluna bilər. Dönər qarnir ilə və ya qarnirsiz satılır və bu standartın tələblərinə uyğun olaraq, ictimai iaşə müəssisələri üçün sanitariya norma və qaydalara riayət etməklə, müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar üzrə hazırlanmalıdır. Standarta əsasən, dönərdə xörək duzunun kütlə payı 2 faizdən çox olmamalıdır. Bir porsiyada ətin kütlə payı reseptura üzrə müəyyənləşməli, qarnir ilə olduqda resepturada qeyd edilmiş çəkinin 50 faizini təşkil etməlidir. Məsələn, ətin kütlə payı 100 qramdan az olmamalıdır.
Standarta əsasən, dönərin hazırlanması üçün istifadə edilən tez xarab olan ərzaq məhsulları qüvvədə olan sanitar norma və qaydalara riayət etməklə soyuducularda saxlanılmalıdır. Dönər istehlakçıya Səhiyyə Nazirliyi tərəfindən istifadəsinə icazə verilən polimer materiallardan hazırlanan paketlərə və ya qablara qoyularaq satılmalıdır.
Satış zamanı məhsulun temperaturu 65 dərəcədən aşağı olmamalıdır. Dönərin hazırlandığı andan istehlak müddəti ən çoxu 1 saatdır. Standartda dönərin hazırlanması üçün xidmət göstərən personala olan tələblər də qeyd edilib. Personal "QOST 30524"ün tələblərinə cavab verməlidir və qüvvədə olan sanitar norma və qaydalara riayət etməlidir.
Biz bu "QOST" məsələsinə qayıdacağıq. İndilikdə isə məmləkətdə qida təhlükəsizliyinə cavabdeh olan
AQTA-nın İZAHINA:
Bu gün bazarda satılan sümüksüz ətin bir kilosu 15-17 manat civarındadırsa, demək, dönərə vurulan 100 qram ətə ən azı 1 manat 70 manat qəpik vəsait xərclənməlidir. Dönərə vurulan digər inpredientləri, digər məhsulları, dönər çörəyini, habelə enerji israfını, insan əməyini də hesablasaq, onda bir dönər 3 manatdan ucuz satılmamalıdır ki, qazanc əldə edilsin. Toyuq dönərinin isə onun filesindən hazırlandığını nəzərə alsaq, bu məqama da mütləq diqqət edək. Bazarda bir kilo toyuq filesi 8 manatdan ucuz deyil. Qalanını özünüz hesablaya bilərsiniz.
İndilikdə isə sizi bir qədər keçmişə aparacam. İki-üç il əvvəl AQTA Bakının bir çox yerlərində 1 manata satılan dönərin insan orqanizmi üçün təhlükəli olub-olmamasına münasibət bildirmişdi. Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən elə beləcə də bildirmişdi. SİTAT: "Satılan məhsulun qiymətinin aşağı olması heç də həmin məhsulun insan sağlamlığı üçün təhlükəli olduğu mənasına gəlmir. Yalnız aparılmış laborator müayinələrin nəticələri əsasında hər hansı bir məhsulun insan qidası üçün yararlı olub-olmaması haqqında rəy vermək olar".
Maraqlıdır, görəsən AQTA-da ətin kilosunun 15, filenin 8 manat olduğu bir vaxtda hələ də bir manata dönər satıldığından xəbərləri varmı? Ya ora vurulmuş ətin çəkisi dəfələrlə azdır, ya da ora vurulan ət deyil. Məsələ bu qədər sadə.
İndi isə peşəkar rəyinə diqqət yetirək. Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov KİV-ə verdiyi açıqlamaların birində deyir:
"Dönərxanada birinci növbədə dönəri bişirən adamların peşəkar aşpaz olub-olmaması yoxlanılmalıdır. Aşpazlıq diplomları varmı? Həmin dönəri bişirən şəxslər işə müqavilə ilə götürülüblərmi? Həkim müayinəsindən keçiblərmi? Əgər bütün bu sualların cavabı müsbətdirsə, yəqin ki, problem ətdə və ya hazırlanma texnologiyasındadır. Zəhərlənmənin səbəbləri sırasında ətin saxlanılması qaydalarına riayət olumamasını da göstərmək olar. Həmin dönərxananın əti haradan aldığı, ətin necə işləndiyi, hansı etaplardan keçdiyi, ora necə gəlib çıxdığı və oradakı hazırlıq prosesinə diqqət edilməlidir. Bundan sonra zəhərlənmənin konkret səbəbindən danışmaq olar".
Bu açıqlamada "dönərxanının əti haradan aldığı" ifadəsinə fikir verdinizmi? Türkiyədə dönərxanlara ət xüsusi depolardan, paketlənmiş şəkildə gətirilir. Daha doğrusu dönərçinin sifarişiylə. Yəni, dönərçi əlcəksiz əlləri ilə dönər aparatının oxuna qan-tər içində ət vurmur.
Bakıda dönər biznesi ilə məşğul olan əksər sahibkarların ucuz, murdar, hətta ölmüş heyvanların ətlərindən alıb necə gəldi dönər hazırlaması sizcə az adama məlumdur? Ucuz və təhlükəli, murdar, xəstəlikdən ölmüş leş ətlərin bazarlara ayaq açması problemi nəhayət ki, həll edilməlidir. Qida Təhlükəsizliyi Agentliyi ictimaiyyətlə effektiv iş aparmalıdır. Elə iş aparmalıdır ki, ictimaiyyət ona inansın. Çox təəssüflər ki, bu hələ arzu olaraq qalır.
O ki qaldı istinad edilən "QOST 30524 məsələsinə, bu da maraqlı məqamdır. 2013-cü il noyabrın 14-də Dövlətlərarası Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma Şurasının 44 saylı protokoluna isə Ermənistan, Belarus, Moldova, Rusiya və Özbəkistan səs verib. Hə, bizim istinad etdiyimiz o sənədə. Bunu isə elə belə yazdım...
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1625   Tarix: 18 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Bu peşələrdə çalışanların xərçəngdən ölüm riski daha yüksəkdir

BŞ-də aparılan genişmiqyaslı araşdırma pilot və stüardessaların radiasiya ilə əlaqəli xərçənglərdən ölüm riskinin digər peşə qrupları ilə müqayisədə daha yüksək olduğunu göstərib. xəbər verir ki, araşdırmada 2020-2024-c

.

Həftə ərzində az yatırsınızsa, bunu edin

Həftə ərzində yaranan yuxu çatışmazlığını həftəsonu kompensasiya etmək yüksək qan təzyiqi riskini azalda bilər. xəbər verir ki, "Independent Türkçe"nin məlumatına görə, Koreya Universitetinin alimləri 7 il ərzind

.

Arıqlamaq istəyənlərin nəzərinə

Arıqlamaq istəyən insanların çox ac qalaraq yeməyi gecikdirməsi düzgün yanaşma sayılmır. -a istinadla xəbər verir ki, uzun müddət ac qalmaq insanın daha çox yeməsinə səbəb ola bilər. Belə ki, diyetoloq Natalie Rizzo qey

.

4 saatdan çox yol gedirsinizsə, bu təhlükə sizi gözləyir - Ölə bilərsiniz

Uzunmüddətli avtobus və təyyarə səfərlərinin artması hərəkətsiz qalmaqla bağlı sağlamlıq risklərini də gündəmə gətirir. Mütəxəssislər xüsusilə risk qrupunda olan şəxsləri diqqətli olmağa çağırır. xəbər verir ki, Trakya Universitet

.

Qırmızı və yaşıl almaların faydaları – Hansını yemək daha yaxşıdır?

Alma gündəlik qidalanmada geniş istifadə olunan, vitamin və digər faydalı maddələrlə zəngin meyvələrdən biridir. xəbər verir ki, qırmızı və yaşıl almaların hər ikisi sağlam qidalanmanın bir hissəsi ola bilər, lakin tərkibind

.

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır. Aparılan araşdırma nəticəsində məlum olub ki, müntəzəm qəhvə istehlakı əzələ itkisindən qoruyur. . -a istinadən qəhvənin 50 yaşdan yuxarı insanlarda əzələ itkisi prosesin

.

Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq

Arıqlamaq və sağlam həyat tərzi məqsədilə karbohidrat qəbulunu tamamilə dayandıran insanların sayı artır. Bir çoxları bunun sürətli çəki itkisinə və daha sağlam bədənə gətirib çıxardığını düşünür. Lakin bəzi hallarda karbohidratları

.

Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz

Stress gündəlik həyatda qarşılaşdığımız problemlərə və dəyişən şərtlərə orqanizmin verdiyi təbii reaksiyadır. xəbər verir ki, mütəxəssislərin fikrincə, stressi tamamilə aradan qaldırmaq mümkün olmasa da, müəyyən vərdişlə

.

Kivini qabığı ilə yeməyin bu faydaları varmış

Kivinin lətli hissəsi C vitamini ilə zəngindir, həmçinin lif, kalium və K vitamini kimi vacib qida maddələri ehtiva edir. -a istinadən bildirir ki, kivini qabığı ilə birlikdə yemək orqanizm üçün daha çox fayda təmin edə bilər

turlar.az

kosmetoloq adlarin menasi həkim məsləhəti yeni geyimler 2026 cəlil məmmədquluzadə sac duzumleri ilk tibbi yardım kosmetika kəlamlar burclerin uyumu efsane qaynana hakista intim