Mədə-bağırsaq xəstəliklərinin yaranma səbəbləri açıqlandı

Mədə-bağırsaq xəstəliklərinin yaranma səbəbləri açıqlandı"Mədə-bağırsaq xəstəliklərinin yaranma səbəbi əsasən düzgün qidalanmama, əsəb gərginliyi, ekoloji vəziyyət və s. ilə əlaqəli olur. Son zamanlar iltihabi bağırsaq xəstəlikləri arasında xoralı kolit və kron xəstəlikləri geniş yayılıb".
Milli.Az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının qastroenteroloqu Fərahim Məmmədzadə deyib.
Onun sözlərinə görə, xoralı kolit və kron - mədə-bağırsaq traktının ciddi orqanik xəstəlikləri olub, bağırsağın selikli qişasında iltihab yaradır: "İnsanların həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salan bu xəstəliklərə ən çox inkişaf etmiş ölkələrdə rast gəlinir. Bu xəstəliklərin yaranma səbəbi barədə isə konkret fikir söyləmək mümkün deyil. Xoralı kolit xəstəliyi yalnız yoğun bağırsağı zədələdiyi halda, kron xəstəliyi mədə-bağırsaq traktının istənilən şöbəsini, daha çox isə nazik və yoğun bağırsaqları zədələyir. Odur ki, mədə və bağırsağında narahatlıq hiss edən hər kəs dərhal həkimə müraciət etməlidir. Unutmaq olmaz ki, vaxtında aşkar edilən hər hansı xəstəliyi müalicə etmək daha asan və daha tez başa gəlir".
O qeyd edib ki, mədə-bağırsaq patologiyasının aşkarlanması üçün endoskopik müayinələrin tətbiqi dünyada qızıl standart kimi qəbul olunub: "Əsasən qastroskopiya və kolonoskopiya müayinə üsullarından geniş istifadə edirik. Məlum olduğu kimi, qastroskopiya ilə həzm sisteminin üst hissəsini - qida borusunu, mədəni, oniki barmaq bağırsağını müayinə etmək mümkündür. Bu üsul vasitəsilə qarın ağrısını, mədə-bağırsaqda qanaxma şübhəsini, anemiyanı, iltihabı, həzm sistemi xərçəngini və başqa simptomları aşkar etmək olur. Xəstəliyin dəqiq diaqnozunu qoymaq üçün qastroskopiya müayinəsi zamanı şübhəli bilnən yerlərdən biopsi götürülür".
O, qastroskopiya müayinəsinin yaşından asılı olmayaraq hər kəsə tətbiq edildiyinə diqqət çəkib: "Amma bəzi xəstəlikləri olanlara məsləhət görülmədiyini bildirdi. Belə xəstələr sırasında ağır ürək xəstəlikləri olanları, insult keçirmiş şəxslər aiddir. Belə xəstələrin qastroskopik müayinəsi yalnız həkim göstərişindən sonra ola bilər".
F.Məmmədzadə kolonoskopiya müayinə üsulundan da danışıb: "Kolonoskopiya yoğun bağırsaq xəstəliklərini müayinə etmək üçün bir üsuldur. Prosedur mikrokameralı fibrokolonoskopun köməyilə aparılır. Kolonoskopiya zamanı zond anusdan daxil edilir və fibrokolonoskopun kamerası ilə çəkilən təsvir monitorda göstərilir. Bu müayinə vasitəsi ilə gizli qanaxmanı, iltihab, şiş və digər patologiyaları müəyyən etmək olur. Pasiyentlərin endoskopik müayinələrdən çəkinməsi ilə bağlı məsələyə gəlincə, istər qastroskopiya, istərsə də kolonoskopiya qorxulu deyil. Müayinələr zamanı pasiyentlər ağrı hiss etməsin deyə, onlara heç bir əlavə təsiri olmayan yuxugətirici dərmanlar vurulur. Qastroskopiya müayinəsi təxminən 5, kolonoskopiya müayinəsi isə patologiyadan asılı olaraq 15-30 dəqiqə çəkir".
Milli.Az

Xəbərlər     Baxılıb: 1226   Tarix: 23 avqust 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

turlar.az

aksessuarlar geyim dəbləri maskalar aybasi ucun derman dırnaqlara qulluq huseyn cavid seirleri oğlanlar necə qızları sevirlər kosmetika xerceng rus dilini öyrənək kahfe kali aysel hekaye janri