Mədə divarını necə bərpa edək? – Bunları için
Həzm orqanlarının selikli qişasını bərpa etmək, qastrit və xoraları dərmansız sağaltmaq üçün 2 vasitə var.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, qastroenteroloq Dilara Lebedeva ən təbii vasitələri açıqlayıb:
"Həzm orqanlarının müalicəsində standart müalicə yanaşmaları uğurlu nəticələrə gətirmir, yanaşı vasitələr də lazımdır.
Birinci bizim qəhrəmanımız - sümük bulyonudur. Bu Kron xəstəliyi, kolit, həzm traktının iltihabi xəstəliklərində qızıl eliksirdir.
Yağsız, gənc ətin sümüyündən şəffaf bulyon kollagen tərkiblidir, bütün toxuma, qişa, bağlar üçün bərpaedici təsir edir.
İkinci yerdə kətan kiseli durur.
Selikli maddələrlə zəngindir, mədə divarını şirələyir, eroziya və xoraları tez sağaldır. Əgər hər qida qəbulu ağrı verirsə, deməli, qastrit çox irəliləyib.
Kiseli kətan toxumundan hazırlayın. Bu kisel:
- Yarımdoymuş yağ turşuları- Omeqa 3lə zəngindir, hormonal balansı tənzimləyir
- Flavonoidlər hüceyrələri bərpa edir
- Öd şirəsini aktivləşdirir
Onu evdə, işdə, hətta yolda içə bilərsiz".
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi