Mədə xorası xəstəliyinin müasir müalicəsi

Mədə xorası xəstəliyinin müasir müalicəsiMədə xorası xəstəliyi çox yayılmış xəstəlikdir. Statistikaya görə, ildən ilə bu xəstəliyə tutulmuş insanların sayı artır.
Həmçinin həkimlər xəstəliyin xeyli "cavanlaşmasını" qeyd edirlər.
Mədə xorası çox ciddi xəstəlikdir və vaxtında müalicə olunmadıqda çox ağır fəsadlar (daxili qanaxma, xoranın deşilməsi) verə bilər. Nəzərə almaq lazımdır ki, bu xəstəlik mədə xəsrçənginin əsas risk faktoru sayılır. Bu səbəbdən mədə xorasını vaxtında və düzgün müalicə etmək lazımdır.
Mədə xorası xəstəliyinin müalicəsi müasir tibdə çox aktual problem sayılır. Son onilliklər zamanı bu xəstəliyin müalicəsi strategiyası xeyli dəyişilib. Əvvəllər xora xəstəliyinin səbəbini yalnız mədədə xlorid  turşunun artıq miqdarda ifraz olunması ilə əlaqələndirirdilər. Lakin müasir araşdırmalar göstərib ki, xora xəstəliyinin əsas səbəbi Helicobacter pylori mikrobuna yoluxmasıdır.
Mədə xorası xəstəliyinin müalicəsi xüsusi pəhrizdən və xora əleyhinə preparatların qəbulundan ibarətdir.
Pəhriz
Xəstə siqaret çəkməkdən və spirtli içkilərdən qəti şəkildə imtina etməlidir. Qidalanmadan mədənin selikli qişasını qıcıqlandıran məhsullar tam çıxarılır. Bu məhsullar arasında: qazlı içkilər, qidalı liflərlə zəngin olan çiy meyvə və tərəvəzlər, ət, balıq, göbələk bulyonları, qızardılmış, hisə verilmiş qidalar, turşular, tünd çay, qəhvə.
Qidalanmanın əsas hissəsini buğda və ya suda bişirilmiş ət, balıq, bişmiş tərəvəzlər, süd məhsulları, kisellər, sıyıqlar təşkil etməlidir. Xəstə gündə 5-6 dəfə kiçik miqdarlarda qida qəbul etməlidir. Çox soyuq və çox isti qidaları qəbul etmək olmaz.
Diqqət! Pəhriz bu xəstəliyin müalicəsində əsas rollardan birini oynayır. Xəstə pəhriz saxlamadığı halda dərman preparatlar lazım olan effekt verməyəcək.
Müasilə
Müalicə zamanı 3 növ preparatlardan istifadə olunur:
1. Proton pompasının inhibitorları (omeprazol, lansioprazol, rabeprazol və s.).
2. Helicobacter pylori əleyhinə preparatlar (metronidazol, klaritromisin, amoksisillin və s.).
3. Qastroprotektorlar (vismut subsitrat və s. vismut birləşmələri).
Dərmanları və onların dozalarını qastroenteroloq təyin etməlidir. Dərmanların qəbuluna çox ciddi yanaşmaq lazımdır. Dərmanların qəbulunu həkimlə məsləhətləşmədən, müstəqil şəkildə dayandırmaq,  dozaları azaltmaq və ya çoxaltmaq olmaz. Bu müalicənin effektivliyini xeyli azaldır.
Həmçinin müalicə zamanı köməkçi preparatlar təyin oluna bilər: vitaminlər, çaytikanı yağı, aloe ekstraktı və s.
Cərrahi müalicə
Nadir hallarda, xəstəliyin çox gecikmiş mərhələlərində, fəsadların inkişafı zamanı (qanaxma, mədənin deşilməsi, mədə xərçəngi) cərrahi müalicə tətbiq oluna bilər.
Lakin vaxtında lazım olan müalicə aldıqda xəstə özünü bu ağır fəsadlardan və cərrahi müalicənin tətbiqindən sığortalaya bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1264   Tarix: 20 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

donlar 2026 qadin sayti kosmetoloq qaraciyər tənəffüs orqanları baş gicəllənməsi sobada toyuq qizartmasi kosmetika fitat oğlan evine aid hakisda yuxuda qara ilan gormek novruz hakistasi ariqlamaq