Təmizlik vasitələrinin üzərində bu simvollar yoxdursa, əsla istifadə etməyin

Təmizlik vasitələrinin üzərində bu simvollar yoxdursa, əsla istifadə etməyinEv təmizliyində istifadə olunan vasitələrin üzərindəki təhlükəsizlik nişanları bir çox insanın fərqinə varmadığı həyati əhəmiyyətli xəbərdarlıqları əks etdirir. Avropa Kimyəvi Maddələr Agentliyi (ECHA) mütəxəssisləri bildirirlər ki, üzərində etiket və ya məcburi təhlükə işarələri olmayan məhsullar ciddi zəhərlənmə riskinə səbəb ola bilər.
Milli.Az xəbər verir ki, ECHA-nın İstehlakçı Təhlükəsizliyi Bölməsinin kimyəvi təhlükəsizlik üzrə mütəxəssisi Dr. Anna Müller, son dəyərləndirmələrində belə deyib: "Etiketində məcburi təhlükəsizlik simvolları olmayan heç bir təmizlik məhsulundan istifadə etməyin. Bu cür məhsulların tərkibi və sağlamlığa təsiri məlum deyil."
Təmizlik məhsullarının üzərindəki təhlükəsizlik simvolları sadəcə məlumatlandırıcı deyil, həm də birbaşa sağlamlığı qoruyan xəbərdarlıqdır. Avropa Birliyi və Türkiyədə qüvvədə olan qaydalara əsasən, hər bir təmizlik vasitəsi qablaşdırmasının üzərində aşağıdakı simvollar olmalıdır:
- Korroziv maddə işarəsi (GHS05)
Dəri və gözlərdə ciddi yanıqlara səbəb ola bilər. Güclü tıxacı açıcılar və soba təmizləyiciləri üçün tipikdir.
- İrritant / Allergen xəbərdarlığı (GHS07)
Dəri qıcıqlanması, tənəffüs həssaslığı və allergik reaksiya riskinə işarə edir. Ev tipli vasitlərdə ən çox rast gəlinən simvollardandır.
- Ətraf mühit üçün təhlükəli simvolu (GHS09)
Su canlıları üçün zərərli ola biləcəyini göstərir. Birbaşa kanalizasiya və ya axara tökülməməlidir.
- Yanan maddə xəbərdarlığı (GHS02)
Aerozol və ya həlledici əsaslı təmizlik məhsullarında ola bilər.
Dr. Müller əlavə edib: "Simvol yoxdursa, risk müəyyən edilə bilməz. Bu isə istifadəçini tamamilə müdafiəsiz qoyur."
Simvollar təkbaşına kifayət etmir. Deterjanlarda aşağıdakı məlumatlar da mütləq olmalıdır:
Məhsulun istifadə məqsədi
Düzgün istifadə təlimatı
İstehsalçı və ya istehlkçı məlumatları
Tərkib və allergen bildirişləri
UFI kodu - Zəhərlənmə halında məhsulun formulunu sürətlə müəyyən etmək üçün
Partiya / lot nömrəsi
ECHA-nın hesabatına görə, bu məlumatların olmaması məhsulun etibarsız olduğunu və "icazəsiz istehsal" ehtimalını gücləndirir.
Mütəxəssislərin fikrincə, açıq satılan və ya markasız təmizləyici məhsullar ciddi sağlamlıq riski yaradır. Belə məhsullarda:
Kimyəvi tərkib bilinmir
Dəri və göz yanığı riski artır
Tənəffüs yolu ilə daxil olduqda ağciyər zədələnməsi yarana bilər
Ev heyvanları üçün zəhərlənmə riski yüksəlir
Təcili vəziyyətdə həkimlər müdaxilə edə bilmir - çünki formul məlum deyil
Hesabatda Avropadakı zəhərlənmə mərkəzlərinə edilən müraciətlərin bir hissəsinin etiketsiz təmizlik məhsullarından qaynaqlandığı qeyd olunur.
Dr. Müller və ECHA mütəxəssisləri istehlakçılara aşağıdakı tövsiyələri verir:
Etiketdəki simvolların tam olub-olmadığını yoxlayın
Orijinal, açılmamış məhsulları seçin
Açıqda satılan məhsullardan uzaq durun
Mümkünsə ekoloji sertifikatlı məhsulları alın
Allergiya xəbərdarlıqlarını diqqətlə oxuyun
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 1077   Tarix: 23 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

turlar.az

yemek reseptleri qadin dunyasi geyim dəbləri pamidor maskasi xınayaxdı hakışta qışa hazırlıq badımcan əlibala hacızadə kosmetika pizza kondom baliq toy gecesı ekizler