Mədə xorasını necə ayırd etmək olar? - Həkim izah edir
Onkoloq, tibb elmləri namizədi Rodion Siqal hansı patogenin mədə xərçəngi və xoralara səbəb olduğunu izah edib.
O, həmçinin xoranı mədə-bağırsaq traktının digər xəstəliklərindən necə ayırd etməli olduğumuz barədə danışıb.
Həkimin sözlərinə görə, xərçəng və mədə xoralarının mərkəzində "Helicobacter pylori" adlı bakteriyanın yaratdığı iltihablı proses durur. Mədə xərçəngi kəskin çəki itkisi və anemiya ilə müşayiət olunur. Qarının yuxarı hissəsində yüngül narahatlıq, erkən doyma hissi və şişkinlik olarsa, qida qəbulunda çətinlik yarana bilər.
Xora zamanı isə qarında narahatlıq, yanma hissi ola bilər.
Həmçinin, bu zaman qanlı nəcis, şiddətli ürəkbulanma və qusma (bəzən qanla) müşayiət oluna bilər.
Milli.Az / news.milli.az









Vətən haqqında bayatılar
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi