Mədədə qıcqırma halı

Mədədə qıcqırma halıQıcqırma-sinə hissəsində müşahidə olunan yandırma, bəzən ürəkbulanma, gəyirmə, ağızda acı və turş dad yaradan bir prosesdir. Çox zaman bu hal ağır yeməkdən sonra və uzanıq halda yaranır. Qıcqırma qastroezofaqel reflyuks xəstəliyinin də əlaməti ola bilər.
Səbəbləri
Mədədə yerləşən turş maddələr aşağıdakı səbəblərə görə qida borusuna gedir:
-çox yemək və sağlam olmayan vərdişlər, məsələn: ayaqüstü-tələsik yemək, qidanı yetərincə çeynəməmək, şokolad, yağlı və ədviyyalı şirniyyatlar yemək;
-artıq çəki;
-siqaret çəkmək;
-çoxlu sayda sitrus meyvələri, pomidor, şokolad və nanə qəbulu;
-kəskin və ədviyyatlı qida;
-yeməyin tərkibində hədsiz çox soğan olması;
-spirli, qazlı içkilər, qəhvə;
-stresslər;
-bəzi dərman preparatları;
-hədsiz dar geyimlər, kəmərlər (nıəticədə qarın sıxılır);
-yeməkdən sonra əyilmə və ağırlıq qaldırma;
-hamiləlik.
Əlamətləri
Əgər yanma (qıcqırma) hissi qarının yuxarı hissəsindədirsə və bir çox halda qida borusuna, boğaza çatırsa, əyilmə və uzanma zamanı bu hiss daha çox artaraq gəyirmə yaradırsa bu problemi həll etmək cəhd etmək olar. Lakin, belə simptomlar çox tez-tez və ya vaxtaşırı yaranırsa, eləcə də, xroniki öskürək də mövcuddursa dərhal Həkimə müraciət etmək məsləhətdir. Eyni zamanda qıcqırma iştahsızlıq və yorğunluqla müşayiət olunarsa müayinəyə getmək mütləqdir.
Nə edə bilərsiz?
Ehtiyac olduğu halda reseptsiz satılan mədə turşuluğunu azaldan dərman preparatlarından qəbul edə bilərsiniz. Siqaret çəkirsinizsə tərgitmək məsləhətdir. Əgər artıq çəkidən əziyyət çəkirsinizsə arıqlamağa başlayın.
Qıcqırma halı tez-tez və ağrılı baş verirsə həkimə müraciət edin.
Həkim nə edə bilər?
Endoskopik və ultrasəs müayinəsi təyin edər. Yaranma səbəblərini araşdıraraq mədə xorası və digər həzm sistemi xəstəlikləri kimi ciddi xəstəliklərin aradan qaldırılmasını təmin edər. Düzgün müalicə və pəhriz təyin edər. Zəruri olduğu halda xəstəxanaya yazılmağı təyin edər. Əgər mədə yırtığı aşkarlanarsa əməliyyata alınmalıdır.
Profilaktik tədbirlər
Gün ərzində yediyiniz qidanı az-az, asta və çox çeynəyərək qəbul edin. Çalışın sağlam qidalardan istifadə edin, hədsiz yağlı və kəskin qidaları unutmağa çalışın, eləcə də şokolad, spirtli və qazlı içkilər, qəhvədən uzaq olun.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1758   Tarix: 14 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

qadin sayti donlar 2026 qadın geyimi ailə psixoloqiyası kakoslu paxlava hazirlanmasi meyvələrin faydası bilik haqqinda atalar sozu kosmetika novruza aid hakistalar itburnu arxadan olmag google vətən haqqında bayatı