Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldıElm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikli qişasının yandırılmasını nəzərdə tutur. Bu üsul orqanizmdə qrelinin (aclıq hormonu) istehsalını məhdudlaşdırmağa imkan verir.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Şimali Karolina ştatındakı "True You Weight Loss" özəl tibb klinikasının alimləri bəyan ediblər.
Bildirilib ki, piylənmənin müalicəsinin yeni eksperimental üsulu xəstənin mədəsinə kamera ilə tibbi jqut və toxumanı qorumaq üçün xüsusi maye doldurulmuş rezervuarı daxil etməklə həyata keçirilir. Endoskop, həmçinin mədənin yuxarı hissəsinin selikli qişasını (bu zonada aclıq hormonu istehsal olunur) qismən "yandırmaq" üçün istifadə olunan qızdırıcı elementlərlə təchiz edilib.
Tədqiqatçılar qeyd ediblər ki, bu prosedur minimal invazivdir - bunun üçün mədənin hissələrinin cərrahi yolla çıxarılması, tikiş və ya orqana müxtəlif doldurucuların (balonların) daxil edilməsi tələb olunmur.
Eksperimental terapiya artıq 10 könüllü üzərində sınaqdan keçirilib. Belə bir müdaxilədən sonra pasiyentlərin bədənində qrelinin aktivliyi 40% azalıb. Eyni zamanda, bütün iştirakçılar yeməklərini azaltdıqları üçün çəki itirmə prosesinə başlanıb.
Tədqiqat bu ay qastroenteroloqlar, diyetoloqlar və tədqiqatçıların "Həzm sistemi Xəstəlikləri Həftəsində" (DDW) təqdim olunacaq.
Alimlər, həmçinin tədqiqatlara və bu cür müalicənin uzunmüddətli təhlükəsizliyini qiymətləndirməyə davam etmək niyyətindədirlər.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1246   Tarix: 10 may 2024
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

kosmetik vasiteler sac duzumleri yay geyimləri 2026 qaragatin faydasi hicab baglama qaydasi varikosel sizanaqlara qarsi uz maskalari kosmetika usaq seirleri gulmeli hakista statuslar bahar