Mehriban Xanlarova: "Maşın şou"dakılar üzümüzün abrını tökdü"
Əməkdar artist, 2015-ci ildə "Maşın şou"da qalmaqallı açıqlamaları ilə gündəmi bir-birinə vuran, tanınmış aktyor Mehriban Xanlarova sözügedən şou ilə bağlı fikirlərini bölüşüb.
Xanim.az bildirir ki, yeniçag.az-a açıqlama verən əməkdar artist "Maşın şou"da baş verənləri görəndə özünə şükür etdiyini bildirib:
""Maşın şou" ya baxmıram, çünki mənə maraqlı deyil. Hərdən kimsə yanımda danışanda, orda baş verənlərdən xəbərdar oluram. Bu yaxınlarda rayonda idim, televizorda Pərvin Abıyeva ilə Səidə Sultanın bir-birlərinin ünvanına nalayiq söyüşlər söydüyünü gördüm. O saat orda olan insanlar ev yiyəsinə dedilər ki, kanalı dəyişin, üzümüzün abrı töküldü. Ev yiyəsi də mənə dedi ki, vaxt vardı, sən maşın şouda qalmaqal edəndə, hamı deyirdi, həyasızlıq edir, amma bunlara baxanda sənə şükür. Doğrudan da onlara baxanda, özümə şükür edirəm. Mən efirdə söyüş söyülməsinin əleyhinəyəm. Çünki o verilişə milyonlar baxır. Onun da tərəfdarı deyiləm ki, kimsə ordan bəyan edir ki, "maşını qazansam, uşaq evinə bağışlayacam-filan". Bunu edənsənsə, elə başqa vaxt kreditlə maşın alıb, uşaq evinə bağışlaya bilərsən. Bunun üçün imkanları da var".
M. Xanlarova bu dəfə də "Maşın şou"ya dəvət aldığını, amma imtina etdiyini bildirib:
"Murad özümə zəng elədi, verilişə çağırdı, razılıq vermədim".
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir