Məktəblilər arasında pnevmoniya sürətlə yayılır - XƏBƏRDARLIQ

Məktəblilər arasında pnevmoniya sürətlə yayılır - XƏBƏRDARLIQPnevmoniyaya yoluxma dinamikasında ciddi artım müşahidə olunur. Xəstəliyə, əsasən, məktəb və daha kiçik yaşlarında uşaqlar yoluxurlar.  
Adi qrip kimi başlayan simptomlar cəmi bir neçə gün ərzində ağır pnevmoniyaya çevrilə bilər.
Milli.Az xəbər verir ki, həkim-infeksionist Əminə İsmixanova Modern.az-a açıqlamasında bildirib ki, pnevmoniya ağciyər toxumasının iltihabi xəstəliyidir. Yüngül, orta və ağır formada keçə bilər və bütün yaş qruplarında rast gəlinir:
"Son zamanlar uşaqlarda daha çox rast gəlindiyi üçün bu haqda daha geniş danışmaq istərdim. Ən riskli yaş qrupları 0-2 yaş (xüsusilə 6 ayadək körpələr), 2-5 yaş və məktəbəqədər dövrlərdir. Lakin biz daha çox pnevmoniya məktəb yaşlı uşaqlarda müşahidə edirik. Buna səbəb kollektiv faktorudur. Uşaqlar sinifdə sıx təmasda olurlar, qapalı məkanda uzun müddət qalırlar və asanlıqla virus, bakteriyalara yoluxurlar. Bu da pnevmoniyanın yayılmasını artırır. Pnevmoniyanın mənşəyi bakterial, viral, atipik və aspirasiondur. 
Məktəb yaşlı uşaqlarda məhz atipik daha çox müşahidə olunur. (Mycoplasma pneumoniae,Chlamydia pneumoniae) Bu tip pnevmoniyalar yavaş başlanır. Uzun sürən quru öskürəklə davam edir. Çox vaxt "adi soyuqdəymə" kimi qiymətləndirilir. Nəticədə gec diaqnoz qoyulur və pnevmoniya artıq formalaşmış olur.
Uşaqlarda pnevmoniyanın əsas əlamətləri hərarət (bəzən çox yüksək), sürətli və çətin nəfəsalma, bəzən kürək və sinədə ağrı, davamlı öskürək. halsızlıq, iştahasızlıqdır. Körpələrdə əmmənin azalması, inildəmə müşahidə edilir. Müalicəsi isə səbəbə yönəlik aparılır. Burada əsas onu bilmək lazımdır ki, pnevmoniyaya səbəb tək bakteriyalar deyil, ona görə də antibiotik istifadəsi bu hallarda effekt verməyə bilər".
Həkimin sözlərinə görə, əgər hərarət 5 gündən çox davam edirsə, öskürək davamlı müşahidə olunursa, nəfəs darlığı yaranarsa mütləq xəstə müayinə olunmalıdır.
"Pnevmoniyadan qorunmaq üçün profilaktik tədbir kimi peyvəndlər (pnevmakok, Hib, qrip və s.) mütləqdir. Uşaqların siqaret tüstüsündən qorunması, qapalı məkanların tez-tez havalandırılması, körpələrin ana südü ilə qidalanması mühümdür.
Uşaqlarda pnevmoniya erkən aşkarlanarsa, tam sağalan xəstəlikdir. Lakin gecikmiş hallarda ağırlaşmalar və hətta həyati risk yarada bilər. Valideynlər uzun sürən öskürək və nəfəs darlığını ciddiyə almalı və özbaşına heç bir dərmandan istifadə etməməlidirlər".
Milli.Az

Xəbərlər     Baxılıb: 977   Tarix: 31 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

hamilelikde qidalanma toy makiyajlari yemek reseptleri xina qoymaq qaydasi hipertoniya xəstəliyi toy paltarlari 2026 2026 donları kosmetika gözəllik rus dilini öyrənək əfsanələr atalar sözləri novruz bayramına aid bakışta