Mən sizə telefonumun mesaj və zəng bölməsini göstərsəm, təəccüblənərsiniz...' - Afaq Bəşirqızı

Mən sizə telefonumun mesaj və zəng bölməsini göstərsəm, təəccüblənərsiniz...' - Afaq Bəşirqızı"Bu gün Akademik Musiqili Teatrın 112-ci mövsümünün bağlanışı oldu. Mən məlum səbəblərdən artıq 4-cü ildir ki, səhnəyə çıxmıram, daha doğrusu çıxa bilmirəm. Şükür Allaha, artıq indi toparlanıram. Mənimlə birlikdə bu neçə ildə əziyyətimi çəkən həkimlərimə, həyat yoldaşıma, ailəmə, dostlarıma, çox minnətdaram. Ən əsası da teatrda uşaqdan böyüyə hamıya. Uşaq deyəndə mən universiteti yeni bitirib gələn tələbələri nəzərdə tuturam. Mən sizə telefonumun mesaj və zəng bölməsini göstərsəm təəccüb qalarsınız. Nə qədər mesajlar, xoş gün arzulamalar, müqəddəs cümə günündə xüsusi mesajlar, mənim üçün nə qədər darıxdıqlarını bildirməklər, "birlikdə bir neçə tamaşaya oynayacağıq" yazıb məni ruhlandırmaqları məni çox sevindirirdi. Çox sağ olsunlar!"
azxeber.com xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, Akademik Musiqili Teatrın aparıcı aktrisası, sevilən sənətkar Afaq Bəşirqızı deyib. O daha sonra əlavə edib.
"Bu gün mənim ürəyim dağa döndü, təsəvvür edin kollektivim üçün necə darıxmışdım! Çox böyük sevinc içərisində idim. Səhnəyə çıxaraq 4 nominasiyanı da mən təqdim etdim. Eyni zamanda çox böyük qürur hissi ilə deyə bilərəm ki, artıq texniki heyətdən tutmuş yaradıcı heyətə qədər hamı işləmək istəyir, hamı teatrdadır, heç kəs teatrdan sui-istifadə etmir, özlərini teatrdan ayrı görmürlər. Teatrın direktoru, əməkdar incəsənət xadimi, Əliqismət Lalayev onlara böyük qayğı, diqqət göstərir. Hər bir sosial problemindən tutmuş yaradıcılıq probleminə qədər onlara çox böyük kömək edir. Yeri gəlmişkən bu gün canım dostum Əliqismət Lalayevin də ad günüdür. Mən ona can sağlığı arzu edirəm, kollektivin üstündən əskik olmasın, mənim də elə səhnəyə çıxmağımın ən böyük səbəbkarı odur. Çünki o məni ruhdan düşməyə qoymadı, heç vaxt xəstəliyə aludə olmağıma imkan vermədi, bütün bunlara görə ona, kollektivimə və hamıya can sağlığı arzulayıram, sevgilərimi bildirirəm. Mən deyən olmasın, Allah deyən olsun, sentyabr ayından iki böyük əsərin məşqinə başlayırıq. Bu mənim yarımçıq qalmış işimdir. Elə bil ki, bizim bu 44 günlük müharibəmiz bu əsərdə cəmlənmişdir. 44 günlük müharibədə qalib olanların kökü hardan gəlir?! Yəni bu əsərdə belə bir sual var. Həm də ulu öndər, dahi şəxsiyyət, həddindən ziyadə əsrlərin ağıllısı, dünya görüşlü Heydər Əliyevin 100, Azərbaycan Cumhuriyyətinin 105, Azərbaycan Teatrının yaranmasının 150 illiyi münasibəti ilə bu əsəri biz hazırlayacağıq. İkinci əsər isə mənim çoxdan arzusunda olduğum bir əsərdir. Təbii ki, digər əsərlər də var, amma mən bunu sirr saxlamaq istəyirəm. Məni sevənləri, qədir bilən tamaşaçılarımı öpürəm, onların hamısını teatrda gözləyirəm" deyə böyük sənətkar bildirib.

Şou Biznes     Baxılıb: 1007   Tarix: 05 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

.

Ömürlük həbs hökmünün detalları açıqlandı

Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə qızı Tuğyan Ülkem Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarı açıqlanıb. Yalova Ağır Cinayətlər Məhkəməsini

.

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

.

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

.

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

.

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

.

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

.

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

.

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

.

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

turlar.az

makiyaj etmek qaydalari makiyaj instagram sac duzumleri elm haqqinda atalar sozleri yalan haqqinda atalar sözləri veten haqda atalar sözləri stil dərsləri kosmetika oglan evi novruz bayramına aid cinsi əlaqə dieta qogal