"Məni internatdan qaçırtmaq istəyirdilər": azərbaycanlı məşhurun ürəksızladan uşaqlıq hekayəsi FOTOLAR

Bu gün qarşımızda duran ən ümdə sosial problemlərdən biri də körpələrin valideyn himayəsindən məhrum olmasıdır. Uşaqların küçələrə atılmasında, uşaq evinə verilməsində bəlkə də günahın çoxu pis niyyətli kişilərimizdədir. Öz belindən gələnlərə sahib çıxmamaqla yanaşı, bir qadını çarəsiz, kimsəsiz buraxıb gedirlər. Qadın analıq hissindən, xoşbəxtliyindən tamamilə məhrum olur. Bu o demək deyil ki, günah təkcə kişilərdədir. Əlbəttə ki, analıq hissini dərk etməyən, o ada layiq olmayan qadınlarımız da az deyil. Adi insanların həyatında olduğu kimi, xalqın rəğbətini, sevgisini qazanan, valideyn himayəsindən məhrum olan məşhurlarımız da az deyil.

"Mənim atam da, anam da var idi. Olduqca kasıb idik. Valideynlərim ayrıldıqdan sonra qardaşımla məni internata verdilər. Ora elə bir yerdi ki, qız ya oğlan fərq etməz, hər kəs üçün çətindir."
Bu sözləri xanim.az -a açıqlamasında məşhur müğənni Bahar Lətifqızı bildirib:

"Hər bir qız istəyər ki, səhər anası onu yuxudan oyatsın, saçını darasın, yeməyini versin. Qızların bir yaş dövrü olur ki, o anlarda anası ilə hər şeyini bölüşmək istəyir. Lakin internatda böyüyən qızlar bundan məhrumdur. İndi ona görə qızımı hər səhər özüm dərsə yola salıram. Saçını darayıb, yeməyini yedizdirməsəm ürəyim rahat olmur.

Hava soyuq olanda internatda vəziyyət yaxşı olmurdu. Ayaqlarım soyuqdan donurdu. Sadəcə bir alt paltarım var idi. Kimlər köhnə paltarlar verirdisə onunla da sezonu keçirdirdim. Canımı o qədər soyuq almışdı ki, 14 il uşağım olmadı.

Olurdu ki, gəlib məni övladlığa götürmək istəyirdilər. Lakin ailəm icazə vermədi. Hətta bir dəfə məni bir qadın qaçırtmaq istəyirdi. O mənim anamın rəfiqəsi idi. Anamın səyləri əsasında o məni apara bilmədi. Düzünü deyim, həmin ərəfə qaçmağa mən də razı oldum. Çünki internatda qalmaq istəmirdim. Doyunca yemirdik, içmirdik nəfsimiz nəsə çəkirdi ala bilmirdik. Hətta qeyd edim ki, ilk dəfə kababı qardaşım işləyən zaman mənə alıb gətirmişdi.

Şiddət də görürdük. Bir müəllimimizin bir şallağı var idi. Elə vururdu ki uşaqların gözü az qala yerindən çıxırdı. Təbii ki, tərbiyələndirmə məqsədli döyülürdük lakin, ana kimi tərbiyələndirmirdilər. Axı doğma qan, bir can deyildik. Döyüləndə ən çox da bunu hiss edirdik..."

Bahar Lətifqızının uşaq evindən çıxan qızlara tövsiyəsi də oldu: "İnternatdan çıxandan sonra heç kimə inanmasınlar. Mənim kimi olmasınlar. Mən savadsız idim. İndi hesabı bacarıram, yazı-pozu öyrənirəm. Amma uşaq evində heç nə öyrənə bilmədim. Orada hər kəsə çox inanırdım. Bayramlarda verilən hədiyyələri paylayırdım. Deyirdilər ki, birinci sənin hədiyyəni yeyək, sonra bərabər yeyərik. Mən onlardan istəyəndə isə vermirdilər. Heç kimə inanmamaq lazımdır. Atam əziyyətimizi çəkməyib, amma qəbir üstünü götüzdürdüm. Manaf Ağayevin dəstəyi ilə atamın qəbrini tapdım. Qəbrini ot basmışdı, baş daşı da yox idi. Övladlıq borcumu yerinə yetirərək məzarını düzəltdirdim. Bütün qadınlar dünyaya mələk kimi gəlirlər. Onları çirkləndirən kişilər olur. Mən arzu edirəm ki, internatdan və ailələrdən çıxan qızların qarşısına qeyrətli oğlanlar çıxsın. Əgər bizim cəmiyyətdə kişilərimiz görəndə ki, 15 yaşlı qız pozğunluğa gedir, ona mane olmalıdır. Amma zövq almaq üçün onları pis mühitə çəkirlər. Çox təəssüf ki, cəmiyyətdə belə kişilərimiz var. Sevgi qızımın atası deyirdi "detdom"da böyümüsən, sənin nə tərbiyən olacaq? Mən bilirəm, bizə yenə elə baxırlar, amma boş verirəm.

Maira Namazova
"Məni internatdan qaçırtmaq istəyirdilər": azərbaycanlı məşhurun ürəksızladan uşaqlıq hekayəsi FOTOLAR"Məni internatdan qaçırtmaq istəyirdilər": azərbaycanlı məşhurun ürəksızladan uşaqlıq hekayəsi FOTOLAR"Məni internatdan qaçırtmaq istəyirdilər": azərbaycanlı məşhurun ürəksızladan uşaqlıq hekayəsi FOTOLAR"Məni internatdan qaçırtmaq istəyirdilər": azərbaycanlı məşhurun ürəksızladan uşaqlıq hekayəsi FOTOLAR

Xəbərlər     Baxılıb: 2659   Tarix: 20 dekabr 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

turlar.az

həkim məsləhəti gelinlikler toy gecesi kakos yaginin saca faydalari sızanaqlara qarşı maskalar daginiq skleroz mualicesi qadin tumani kosmetika vətən həsrəti qadin.az novruza aid hakışda xanim.az gunay