MENİNGİT. Səbəblər, simptomlar, müalicə

MENİNGİT. Səbəblər, simptomlar, müalicəMeningit ən təhlükəli xəstəliklərdən biri sayılır. Meningit beyin qişalarının iltihabıdır.
Bu iltihabın səbəbi infeksiyadır. Məlumdur ki, skarlatın xəstəliyi streptokokk, vərəmi - Kox çöpü, salmonelyozu - salmonella törədir və s. Lakin bu və bir çox digər xəstəliklərdən fərqli olaraq meningitin səbəbi istənilən (!) infeksiya ola bilər - virus, bakteriya, göbələk, hətta birhüceyrəlilər (məsələn, amyob). Məhz bu səbəbdən meningitlər də müxtəlif olur - gedişatı, inkişafı, fəsadları ilə fərqlənir. Ən əsası isə odur ki, meningiti törədən infeksiyadan asılı olaraq bu xəstəliyin müalicə üsulları da müxtəlifdir.
Meningit istənilən yaşda inkişaf edə bilər, bu xəstəlikdən heç kim sığortalanmayıb. Uşaqlarda meningitə daha tez-tez rast gəlinir.
Bütün meningitlər iki amil birləşdirir - insanın həyatı üçün real təhlükə və ağır fəsadların böyük ehtimalı.
Meningitin inkişafı üçün törədici (mikrob, virus və s.) kəllənin daxilinə düşməli və burada beyin qişalarında iltihab yaratmalıdır. Bəzən bu hər hansı infeksiya ocağın beyinə yaxın yerdə yerləşdikdə (məsələn, irinli otit, haymorit) mümkün olur. Kəllə-beyin travması da meningitin inkişafına səbəb ola bilər. Əksər hallarda isə mikroblar bura qan axını ilə düşür. Lakin bir çox insanların qanında mikroblar olur. Meningit isə nadir xəstəlik sayılır. Burada böyük rol immun sisteminin vəziyyəti oyanayır. Bəzi immun sisteminin anadangəlmə defektləri bu xəstəliyin inkişafı üçün "əlverişli" şərait yaradır. Məhz bu səbəbdən ailələr var ki, bu ailələrdə meningitə çox tez-tez təsadüf edilir.
Maraqlıdır ki, oğlanlarda bu xəstəliyə 2-4 dəfə tez-tez hallarda təsadüf edilir. Bunun səbəbi tibbdə məlum deyil.
Meningit suçiçəyi, qızılca, məxmərək, epidemik parotit kimi uşaq infeksion xəstəliklərinin fonunda inkişaf edə bilər. Həmçinin meningit qripp infeksiyanın fəsadı ola bilər. Xəstəlikdən zəiflənmiş insanlarda, yaşlılarda, körpə uşaqlarda meningitin səbəbi göbələk ola bilər. Bütün bu vəziyyətlərdə məhz immunitetin zəifləməsi meningitin inkişafına səbəb olur.
Orqanizmdə olan istənilən irinli ocaq (pnevmoniya, infeksiyalaşmış yanıq, müxtəlif abseslər və s.) meningitin inkişafına təkan verə bilər. Bu halda meningiti stafilokokklar, streptokokklar və s. mikroblar törədir.
Ən təhlükəli meningit vərəm meningiti sayılır.
Lakin bir mikrob var ki, bu mikrob meningitin 60-70% hallarda törədicisi ola bilər. Bu mikrobun adı meninqokokkdır. Bu mikroba insan hava-damcı yolu ilə yoluxa bilər. Meninqokokk burun-udlağın selikli qişasına düşür və əvvəl yüngül zökəmə və boğazın qızarmasına səbəb olur. Əksər hallarda meninqokokk burada immun sistemi tərəfindən zərərsizləşdirilir və daha sonra heç yerə yayılmır. Lakin nadir hallarda olsa da meninqokokk qan axını ilə orqanizmə yayılaraq müxtəlif orqanlara düşür (gözlər, qulaqlar, oynaqlar, ağ ciyərlər, böyrək üstü vəziləri, beyin qişaları) və burada çox təhlükəli iltihaba səbəb olur.
Beyin qişalarına düşən meninqokokk meningitə səbəb olur.
Meningitə vaxtında diaqnoz qoyulduqda və müalicə dərhal başladıqda xəstəlik tam müalicə olunur. Əks halda isə xəstədə korluq, karlıq, beyin fəaliyyətinin ağır pozulmaları, iflic, koma kimi ağır fəsadlar inkişaf edə bilər, xəstə hətta həlak ola bilər. Bu səbəbdən həkimdə meningitə şübhə yarandıqda, xəstəni dərhal infeksion xəstəxanaya çatdırmaq lazımdır.
Meningitə bu kimi simptomlar işarə edə bilər:
1. İstənilən infeksion xəstəliyin fonunda (suçiçəyi, qızılca, məxmərək, epidemik parotit, kəskin respirator infeksiya, herpes infeksiyası və s.) ürəkbulanamsı və qusma ilə müşayiət olunan güclü baş ağrıları.
2. Yüksək hərarətin fonunda boyun və bel nahiyəsində ağrılar.
3. Yuxululuq, ürəkbulanması, qusma.
4. Qıcolmalar.
5. 1 yaşına kimi olan uşaqlarda - qızdırma + monoton ağlama + əmgəyin qabarması.
6. Yüksək hərarətin fonunda isənilən formada və ölçüdə səpgilərin olması (xüsusilə səpgilər kiçik qansızmalara oxşadıqda və sürətlə əmələ gəldikdə).
Meningitin dəqiq diaqnozu likvorun (baş və ya onurğa beynində olan maye) müayinəsi zamanı qoyulur. Likvorun müayinəsi həmçinin meningitə səbəb olan törədicini təyin etməyə imkan verir. Bu isə müalicənin taktikasının seçimində əsas rol oynayır. Məsələn, əgər meningitin səbəbi bakteriya olarsa, antibiotiklər istifadə olunacaq. Bundan əlavə müalicə zamanı digər vasitələr də istifadə olunur (iltihabəleyhinə, beyin hüceyrələrin fəaliyyəti yaxşılaşdıran, kəllə daxili təzyiqi azaldan və s. preparatlar).
Meningit keçirilmiş insan bir neçə il ərzində nevropatoloqun nəzarəti altında olmalı və ildə bir neçə dəfə müayinədən keçməlidir. Əksər hallarda vaxtında müalicə olunmuş meningit izsiz olaraq keçir və insanın gələcək həyatına heç bir mənfi təsir etmir.
Müəllif: Komarovskiy E.O.
Mənbə: medicinform.net

Sağlamlıq     Baxılıb: 2447   Tarix: 11 avqust 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

turlar.az

maskalar geyim və ayaqqabılar kosmetoloq ibrətamiz sözlər sümük və saç atalar sözləri veten haqqinda hicab ortukleri kosmetika bayati dolça cekc pornuxa penis tərəzi