Məşhur aktyor ağır xəstəlikdən əziyyət çəkir - FOTOLAR
Oskar mükafatlı aktyor Bred Pitt üz korluğu ilə mübarizə apardığını açıqlayıb.
azxeber.com xarici mediaya istinadən xəbər verir ki, yaraşıqlı aktyor Bred Pitt prosopaqnaziya adlı üz korluğu xəstəliyi ilə mübarizə apardığını açıqlayıb.
58 yaşlı aktyor üz korluğuna sahib olduğunu, adətən anadangəlmə olan və beynin bir hissəsindəki çatışmazlıqdan qaynaqlandığını bildirib.
Sonradan gördüyü və tanış olduğu insanları xatırlaya bilmədiyini deyən məşhur aktyor xəstəliyi nəticəsində insanların onu eqoist gördüyünü bildirib:
"Bu, insanların məni laqeyd, yaxınlaşmaz və yalnız özünü düşünən eqoist görməsinə səbəb olur. Bir çox insan məndən nifrət edir, çünki onlar elə zənn edir ki, mən onlara nifrət edirəm".
Qeyd edək ki, üz korluğu olaraq da bilinən prosopaqnoziya adətən anadangəlmə olur. Beyindəki koqnitiv pozğunluq səbəbindən bu xəstəliyə düçar olan insanlar digər insanların üzlərini tanıya bilmir, hətta demək olar ki, görə bilmirlər. Bəzi insanların öz üzlərini belə tanımaqda çətinlik çəkdiyi vəziyyətlər də ola bilər.
Ayşən













Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarazirə hər dərdin çarəsi olan bitki
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Adımızdan yüksək məbləğdə pul istəyirlər
"Bayağını paylaşmamalıyıq
Elektronikin macəraları' filminin aktyoru vəfat etdi
Yatmazdan əvvəl yeyilən bu qida möcüzələr yaradır
Özümü sevirəm və bədənimə yaxşı baxıram' - Gülay
Velosiped sürmək yaddaşı yaxşılaşdırır - Yeni araşdırma