Məşhur alimdən SENSASİON PROQNOZ: 2050-ci ilə qədər insanlar...

Məşhur alimdən SENSASİON PROQNOZ: 2050-ci ilə qədər insanlar...Professor Dr. Alpay Azap hesab edir ki, antibiotiklər barədə tədbirlər görülməzsə, yaxın 30 ildə insanlar çox sadə infeksiyalardan öləcəklər.
Milli.Az xəbər verir ki, tanınmış alim antibiotiklərin yalnız bakteriyaların səbəb olduğu infeksiyalara qarşı təsirli olduğunu deyib:
"Odur ki, antibiotiklər qrip və soyuqdəymə kimi infeksiyalarda deyil, bakteriyaların səbəb olduğunu düşündüyümüz infeksiyalarda həkimin tövsiyəsi ilə istifadə olunmalıdır. Antibiotiklər bütün canlı hüceyrələrə zərər verə biləcək ciddi dərmanlardır. Antibiotiklərin lazımsız istifadəsi başda ürək, qaraciyər və böyrəklərə ziyan vura bilər. Antibiotik müqaviməti bakteriyalar antibiotiklərlə qarşılaşdığı zaman meydana gəlir. Hər bir fərdin cəmiyyətdə fərqli xüsusiyyətləri olduğu kimi, istifadə edilən antibiotiklərə qarşı bakteriyaların təbii müqaviməti də fərqlidir. Antibiotiklər ona həssas olan bakteriyaları öldürsə də, anadangəlmə müqavimətli olan bakteriyalar ölmürlər, əksinə həssas bakteriyaların ölümü ilə yaranmış boşluqdan istifadə edərək çoxalmağa davam edirlər. Üstəlik özlərinin antibiotikə qarşı müqavimət göstərən genetik xüsusiyyətlərini başqalarına da bulaşdıraraq onların da müqavimət göstərməsinə səbəb olurlar. Bir müddətdən sonra o bakteriya növü antibiotikə qarşı davamlı olur".
Antibiotiklərin düzgün və rasional istifadəsinin yalnız həkimlərin səyləri ilə mümkün olacağını və bu məsələdən ictimaiyyətin məsuliyyət daşıdığını qeyd edən professor hesab edir ki, antibiotik müqaviməti yaxın gələcəkdə insan sağlamlığı üçün ciddi bir təhlükə yaradacaq:
"Ciddi tədbirlər görülməsə, 2050-ci ilə qədər bu rəqəm 10 milyona çatacaq. İnsanlar çox sadə infeksiyalardan öləcəklər.
Əl yuma və ümumi gigiyena qaydalarına riayət etməklə, peyvəndlənmə və immun sistemini gücləndirməklə infeksiyanın qarşısını almaq mümkündür, bu halda antibiotik istifadəsinə ehtiyac qalmayacaq". (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1917   Tarix: 28 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

turlar.az

gelinlikler kosmetik vasiteler yaz geyimleri 2026 doğum hekayələri 1 hefteye 5 kq ariqlamaq gəlinlik və toy dəbi psixoliji məsləhətlər kosmetika janrlar hakista novruz bayramı haxışta nizami gəncəvi kəlamlar