Məşhur azərbaycanlı teleaparıcı: "İlk dəfə 20 yaşımda öpüşmüşəm" - FOTO

Məşhur azərbaycanlı teleaparıcı: "İlk dəfə 20 yaşımda öpüşmüşəm" - FOTOBu gün Rusiyanın tanınmış teleaparıcısı, "TEFİ" mükafatı laureatı İradə Zeynalovanın 45 yaşı tamam olur. Rusiyalı həmkarlarımız ad günü münasibətiylə ondan müsahibə alıblar.
Xanim.az lent.az-a istinadən həmin müsahibədən maraqlı məqamları təqdim edir.

"Məni çox ciddi tərbiyə ediblər. Əsl azərbaycanlı kimi. 20 yaşıma qədər mən mütləq axşam saat 9-a qədər evdə olmalıydım. İlk dəfə elə 20 yaşımda öpüşmüşəm. Siqaret çəkməyim barədə atam 34 yaşımda xəbər tutub. Həmin gün dostlarımla birgə "TEFİ"-ni qeyd edirdik. Atam məni siqaret çəkməyimi görəndə rəngi ağappaq ağardı. Amma özünü elə apardı ki, sanki, görmədi".

Deyir, həmişə azərbaycansayağı ərə getməyi arzulamışam. Necə deyərlər, qadının yanında güclü bir kişi olsun. Amma İradənin ürəyini azərbaycanlı yox, hərbi müxbir Aleksey Samolyotov fəth edib. Onlar 20 il bir yerdə yaşayıblar. İradə və Aleksey çox vaxt ezamiyyətdə olduqlarından onların tək övladı Timuru nənəsi böyüdüb.

"Timurun 5 yaşı tamam olanda mən Tunisdəydim. Hədiyyəsiz əliboş qayıtmaq fikrimdə yox idi. Mən Timura camış dərisindən hazırlanmış böyük bir baraban aldım. "Birinci Kanal" məni İngiltərəyə xüsusi müxbir göndərəndə Timuru da özümlə aparmışdım. Qayıdanda təkcə onun oyuncaqları neçə-neçə qutu elədi. Təsəvvür edin, "Leqo"ların çəkisi 70 kiloqramı keçirdi".

İradə deyir ki, İngiltərəyə anasıyla birgə gedibmiş. "Timura o baxacaqdı. Atam evdə tək qalmalı olmuşdu. Hər dəfə zəng edəndə deyirdi ki, yaxşıyam yeməyimi yemişəm. Əksər azərbaycanlı kişilər kimi atam da yemək bişirməyi bacarmırdı. Yediyi isə ya yumurta, ya da kartof imiş. Biz geri qayıdanda atam, sözün əsil mənasında, skeleti xatırladırdı. 20 kiloqram arıqlamışdı".

Xəbərlər     Baxılıb: 2293   Tarix: 20 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir

Görünüşünə görə kartofla qarışdırılan, lakin tibbi xüsusiyyətlərinə görə "təbii təzyiq tənzimləyicisi" adlandırılan yerarmudu, müasir tibbin diqqət mərkəzindədir.  xəbər verir ki, yerarmudu çox yüksək miqdarda kaliu

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Gözlərinizi ovuşdurarkən bir daha düşünün

Göz ovuşdurma vərdişi korneanın quruluşuna birbaşa təsir edərək görmə qüsurlarına zəmin yaradır.  xəbər verir ki, gözə edilən sərt və davamlı təzyiq, gözün ən ön təbəqəsi olan kornea toxumasının zamanla incəlməsinə və dikləşərə

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

.

Bu şorbanı içən qan-tərə batır: Şəfa mənbəyi

Beyran sadəcə bir şorba deyil, hazırlanması 12 saat çəkən və bədən müqavimətini polad kimi möhkəmləndirən sulu ana yeməkdir.  xəbər verir ki, beyranın içildiyi an bədən istiliyini artırmasının elmi səbəbləri var:. İçindək

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

turlar.az

yay kolleksiyasi gözəllik məhsulları qis geyimləri 2026 payiz haqqinda insa arıqlama sirləri qadinlarin seksi hicab baglamaq usullari kosmetika aysel janrlar veten haqqinda atalar sozleri şəkərbura prostat